Məktəblərdə mobil telefonlardan istifadə qadağan oluna bilər
Tarix: 20-02-2016 | Saat: 21:27
Bölmə:Gündəm / Aia TV / Karusel | çapa göndər
"Məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə müəyyən məhdudiyyətlər qoyulmalıdır. Uşaq məktəbə girəndən sonra mobil telefonlar yığılmalı, xüsusi otaqda müvafiq qaydada təhvil verilməlidir. Dərslərdən sonra isə valideyn özü bilər, necə istəsə, uşağa telefondan istifadəyə icazə verər".
Aia.az-in məlumatına görə, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Regional, eyni zamanda Ailə, qadın və uşaq məsələləri komitələrinin üzvü Tahir Rzayev bəzi məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa qoyulmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, uşaqların mobil telefon gəzdirməsi, şagirdlərin telefondan istifadə etməsi o qədər də pis şey deyil. Çünki bu, bir-birilə xəbərləşmək, ailə ilə əlaqə saxlamaq, nigaranlığın olmaması üçündür: "Bəzən elə olur ki, uşaq müəyyən çətinliyə düşür, ya narahat olur, ya da valideyn uşağından nəyəsə görə nigaran qalır. Ona görə də valideyn 2-3 saatdan bir uşağına zəng edib ondan hal-əhval soruşa bilər. Bəzən də olur ki, məktəbdə elə hadisələr baş verir ki, uşaq ondan sarsıntı keçirir. Ancaq uşağın telefonu müntəzəm olaraq üstündə gəzdirməsi və daim onu açıq saxlamasını qəbul etmirəm. Bu, düzgün deyil. Çünki elə uşaqlar var ki, bütün günü dərs boyu vaxtını telefonlarla keçirir, internetə girir, müxtəlif oyunlar oynayır, dərs də yaddan çıxır".
Ona görə də T.Rzayev bəzi məktəblərdə mobil telefonlardan istifadəyə müəyyən qadağa qoyulmasını düzgün hesab edir: "Yaxşı olar ki, üstündə telefonu olan uşaqlar məktəbə girəndə ailələrinə xəbər versinlər ki, məktəbə çatıblar. Sonra isə kimdə mobil telefon varsa, yığılıb bir otağa qoyulsun. Dərsdən evə qayıdanda isə telefon yenidən uşağa qaytarılsın. Əgər nəsə vacib hadisə olarsa və ya uşaq özünü narahat hiss edərsə, o zaman ya ona telefonunu müvəqqəti olaraq götürüb evinə zəng etməyə icazə verilsin, ya da həmin otağın nəzarətçisi valideynə zəng edib bildirsin ki, uşağın hansısa narahatlığı var. Amma uşağın telefonu daim üstündə gəzdirməsini qəbul etmirəm".
Millət vəkili təkcə ağıllı telefonlara deyil, adi telefonların da daimi istifadəsinə icazə verilməsinin əleyhinədir: "Çünki uşaq psixologiyası belədir ki, əgər onda hansısa cihaz olsa, onun diqqəti mütləq yayınacaq. Bəzən evdə də olanda əgər əlindən alınmasa, uşaqlar saatlarla telefonda oyun oynayır, internetdə lazım olmayan yerlərə girir, lazım olmayan xəbərləri oxuyurlar. Şəxsən mənim təklifim odur ki, uşaqlar mobil telefonlardan kənar tutulmalı, məktəbə daxil olandan sonra yalnız təhsillə, dərsləri ilə məşğul olmalıdırlar".
Qeyd edək ki, bir neçə gün öncə Bakının Binəqədi rayonu 182 saylı məktəbin direktoru yuxarı sinif şagirdlərinə məktəbdə mobil telefonlardan istifadə etmələrinə qadağa qoyub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər