Mobil versiya
Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Tarix: 28-02-2020 | Saat: 12:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Suriyanın İdlib şəhərində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması ilə əlaqədar Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Trend-in məlumatına görə, başsağlığında deyilir: “Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücum nəticəsində, qardaş Türkiyə Silahlı Qüvvələrinin onlarla hərbi qulluqçusunun şəhid olması və yaralanması haqqında məlumatlar məni dərindən kədərləndirir.

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Sizin acınız bizim də acımızdır.
Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən terrorla mücadilə əməliyyatının müvəffəqiyyətlə başa çatmasına əminliyimi ifadə edir və uğur arzulayıram.

Allah rəhmət eləsin”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024