Mobil versiya
Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur - RƏSMİ
Tarix: 27-02-2020 | Saat: 11:02
Bölmə:Gündəm | çapa göndər

Azərbaycandan Gürcüstana nəqliyyat əlaqəsində məhdudiyyət yoxdur -



Bakıdan Gürcüstana yollanan avtobusların gediş-gəlişində heç bir məhdudiyyət yoxdur.

Bu barəd aia.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, iki ölkə arasında olan sərhəddə yaranmış məhdudiyyət barədə quruma məlumat daxil olmayıb:

"Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə belə bir məluamt daxil olmayıb. Əgər avtobusların gediş-gəlişində hər hansısa məhdudiyyət yaranarsa, bu barədə sərnişinlərə bildiriləcək".

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də Trend-ə hər hansı bir məhdudiyyətin olmadığı bildirilib:

"Bu günədək sərnişinlər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb. Sərnişinlərdən xahiş olunur ki, əgər onlar özlərində narahatlıq hiss edərlərsə, qızdırma, tənəffüs yollarında problem yaranarsa, qatar bələdçilərinə müraciət etsinlər".

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. Təhlükəli virus Azərbaycan vasitəsilə İrandan vətənə qayıdan Gürcüstan vətəndaşında aşkarlanıb. Onun vəziyyəti hazırda sabit qiymətləndirilir.

Araşdırma zamanı həmin şəxsin gömrük nəzarətindən keçməsini əks etdirən kadrlar ciddi təhlil edilib və Astara gömrük-keçid məntəqəsindəki yoxlama anında onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlərin qeydə alınmadığı aşkar edilib.

Göstərilən faktla bağlı bütün tədbirlər görülür. Dövlət sərhədini keçmiş Gürcüstan vətəndaşları ilə təmasda olan şəxslər, o cümlədən gömrük, sərhəd, tibb işçiləri müəyyənləşdirilib və onlar tibbi nəzarətdədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024