Mobil versiya
Kamil Musavi gözündə sarğı ilə gəzməsinə aydınlıq gətirdi: “Mənə belə xoşdur, kimə nə dəxli var?”
Tarix: 21-02-2020 | Saat: 14:30
Bölmə:Gündəm | çapa göndər

Kamil Musavi gözündə sarğı ilə gəzməsinə aydınlıq gətirdi:


60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, qazi Kamil Musavi gözündə sarğı ilə gəzməsinə aydınlıq gətirib.

Pravda.az-ın xəbərinə görə, K.Musavi deyib ki, bunu deyənlər xain qəlbli insanlardır: "Mənə belə xoşdur, belə gəzirəm, kimə nə dəxli var? Göz əzələlərim və kirpiyim yoxdur. Şüşə göz qoyulur, normal görünmür, biri o birindən aşağıda qalır. Televiziyaya çıxıram, gənclərlə danışıram... Mənim özümə bu cür xoş olmur. Belə gəzmək mənim seçimimdir, belə edirəm... Kimsə hansısa paltarı geyinəndə deyirlər ki, sənin bu geyimin xoş gəlmir? Niyə yalnız Kamil? Kamil belə oldu, Kamil elə oldu... Gündəmdə olanı belə etməməlidirlər axı. Qazilər var ki, dövlət ona protez verib, amma taxmır. Niyə onlara demirlər? Amma mən protez taxıram. Deyirlər ki, rahat olmuruq, ona görə protezdən istifadə etmirik. Mən də başa düşürəm, deyirəm, düz edirsiniz, sizə necə rahatdırsa həyat, elə də yaşamalısınız. Çünki haqqındır”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024