Mobil versiya
Məzahir Pənahovla namizəd arasında mübahisə
Tarix: 20-02-2020 | Saat: 16:55
Bölmə:Karusel / Siyasət | çapa göndər

Məzahir Pənahovla namizəd arasında mübahisə


Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahovla 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə deputatlığa namizəd Sitarə Zeynalova arasında mübahisə yaranıb.

Oxu.Az-ın xəbərinə görə, namizədin şikayətində 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsinin adını yazması MSK sədrinin iradına səbəb olub.

M.Pənahov S.Zeynalovaya bildirib:

"Siz necə olur ki, Gəncə ilə Suraxanını qarışdırırsınız?”

Şikayətçi isə bunun texniki səhv olduğunu bildirib.

M.Pənahov qeyd edib ki, müraciətdə belə səhvlərin olması namizədin iddialarına inamın azalması üçün şərait yaradır.

Namizəd isə cavabında bildirib:

"Məzahir müəllim, necə olur ki, siz texniki səhvi görürsünüz, amma qanun pozuntuları haqda danışmırıq”.

aia..az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024