Mobil versiya
Elman Nəsirov: “Etiraz edənlər, yallı gedənlər narahat olmasınlar, müraciətlərə həssaslıqla yanaşılır”
Tarix: 20-02-2020, 12:42 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Elman Nəsirov:


“Azərbaycanda növbədənkənar parlament seçkiləri açıq, şəffaf və demokratik keçirilib. Parlament seçkilərini 77 790 yerli, 883 beynəlxalq müşahidəçi izləyib. Beynəlxalq müşahidəçilərin əksəriyyəti eyni mövqedədirlər, onlar bildiriblər ki, Azərbaycan demokratik inkişaf yolunda növbəti addımını atıb, seçkilər demokratik şəraitdə keçirilib. Təəssüf ki, Azərbaycanda məğlub olanın qalib gələn tərəfi təbrik etməsi mədəniyyəti formalaşmayıb. Seçki prosesində məğlub olan tərəf qalibi təbrik etməlidir”.



Bunu Pravda.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı Elman Nəsirov deyib.



E.Nəsirov xatırladıb ki, ümumilikdə, 68 seçki dairəsindən şikayətlərə baxılır: “Bu şikayətlər seçki dairələrinin 3-4 məntəqəsini əhatə edir. Dörd seçki dairəsi istisna olmaqla, digər seçki dairələrində ciddi qanun pozuntuları olmayıb. Qeyd etdiyim 4 seçki dairəsində də nəticələr ləğv edilib, çünki şikayətlər, demək olar, bütün məntəqələri əhatə etmişdi. Təəssüflər olsun ki, məğlub olanlar, səs toplaya bilməyənlər özünü qalib elan edir. Heç biri özünü real qalib gələnlə müqayisə etmir... Fikirləşirlər ki, gəncdirlərsə, qalib gəlməlidirlər. Bu, mübarizədir. Sənin axı potensialın o səviyyədə deyil ki, qalib gələsən. Seçici tanıdığı, əməllərinə şahidlik etdiyi şəxsə səs verir. Təəssüf edirəm ki, məğlub olanlar Mərkəzi Seçki Komissiyasının qarşısına toplaşırlar, razılaşdırılmamış mitinqə cəhd edirlər, yallı gedirlər. Onlar bu yolla diqqəti öz üzərlərinə çəkmək istəyirlər. Polis tam qanuni olaraq bu cür halların qarşısını alır. Seçki ilə bağlı səsləndirilən ittihamlar əsassızdır. Müraciətləri müvafiq dairə seçki komissiyasıları, Mərkəzi Seçki Komissiyası araşdırır, qərar qəbul edir. İğtişaşlar yaratmaqla vəziyyəti dəyişməyə cəhd yanlış yanaşmadır. Unutmasınlar ki, hər bir məsələyə hüquqi müstəvidə qiymət verilir”.



O qeyd edib ki, kim deputat seçilirsə, deyirlər, bu şəxs hökumətlə anlaşıb: “Kim deputat seçilmirsə, hesab edirlər ki, onun hüquqları pozulub. Onları məntiqi ilə desək, hüquqları pozulan deputat seçilsəydi, belə çıxır, hökumətlə sövdələşməyə gedən hesab olunacaqdı? Bu, yanlış yanaşmadır, qəbuledilməzdir. Hansısa seçki dairəsində 9 nəfər qalib gələn namizədə qarşı birləşir. Tutaq ki, onların tələbləri ilə nəticələr ləğv edildi, elə bilirsiniz, həmin 9 nəfər bir-biri ilə yola gedirlər? Əlbəttə, xeyr! Dərhal öz aralarında mübarizə başlayır. Məlum olur ki, bunların bir-birilərinə güzəştə getmək niyyətləri yoxdur. Biz bunun dəfələrlə şahidi olmuşuq. Azərbaycan demokratik dövlətdir, Prezident İlham Əliyev elə şərait yaratdı ki, iddiası olan hər kəs seçkilərə qatıla bildi, gücünü sınamaq imkanı əldə etdi. Dövlət başçısı söyləmişdi ki, seçkilərə qatılın, gücünüzü, potensialınızı ortaya qoyun, xalqın etimadını qazanın. Kim güclüdürsə, xalq arasında nüfuzu varsa, təbii ki, o seçiləcəkdi... Etiraz edənlər, yallı gedənlər narahat olmasınlar, Mərkəzi Seçki Komissiyası daxil olan bütün müraciətlərə həssaslıqla yanaşır. Hər şey ədalətlə, diqqətlə araşdırılır”.

aia.az



597 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

09-04-2020
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
{sape_links}{sape_article}