Mobil versiya
Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi
Tarix: 19-02-2020 | Saat: 13:10
Bölmə:Manşet / Gündəm | çapa göndər

Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlərə güzəşt edildi


Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyə qədər 100 nəfər müraciət edib.



Sənəd verənlərin arasında az sayda olsa da, ziyarətə təkrar getmək istəyənlər də var.



Bu il Həcc ziyarətinə təkrar getmək istəyənlərə güzəşt edilməsi ilə bağlı qərar qəbul olunub. Qərara əsaəsn, onlar üçün nəzərdə tutulan əlavə ödəniş ləğv edilib. Ötən il bu rüsum 75 ABŞ dolları idi. Bu il isə Həcc ziyarətinə təkrar getmək istəyənlər həmin məbləği ödəməyəcəklər.



Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1 500 nəfərlik kvota ayrılıb. Ziyarətinin qiyməti isə 4 490 ABŞ dollarıdır.



Həcc ziyarəti Ramazan bayramı ərəfəsində - iyulun 20-dən avqustun 15-dək baş tutacaq.



Qeyd edək ki, Azərbaycanda rəsmi olaraq Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.Report



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024