Mobil versiya
Üçüncü analoji haldır ki, Paşinyan Azərbaycan Prezidenti qarşısında nə deyəcəyini bilmir - Oktay Hacımusalı
Tarix: 19-02-2020 | Saat: 10:48
Bölmə:Manşet / Siyasət | çapa göndər

Üçüncü analoji haldır ki, Paşinyan Azərbaycan Prezidenti qarşısında nə deyəcəyini bilmir -


Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında keçirilən debatda bir daha göstərdi ki, bütün sahələrdə Ermənistan Azərbaycanla müqayisə edilməyəcək qədər zəifdir.

Bu sözləri Trend-ə açıqlamasında Türkiyədə yaşayan azərbaycanlı jurnalist, Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, "Gazeteanka" xəbər portalının baş redaktoru Oktay Hacımusalı deyib.

Onun sözlərinə görə, Münxen Təhlükəsizlik Konfransında keçirilən debatda Dağlıq Qarabağ münaqişəsinin masaya yatırılması, Azərbaycan və Ermənistan rəhbərlərinin beynəlxalq arenanın gözü qarşısında ilk dəfə üz-üzə gəlməsi əslində bir çox məqamları ilə yadda qaldı.

Jurnalist siyasətdən hətta başı az çıxan hər kəsin də bu debatda N. Paşinyanın zəif bənd olduğunu anladığını və dünya səviyyəli politoloqların bunu etiraf etmək məcburiyyətində qaldıqlarını xüsusi ilə vurğulayıb. Cənab Prezidentin çox sistemli, dəqiq düşünülmüş arqumentlərlə həm Nikol Paşinyanı, həm də ona dəstək verən qüvvələri pis vəziyyətə qoymasının əslində dünya ictimaiyyətinə bir mesaj olduğunu vurğulayan O.Hacımusalı bu debatın Azərbaycan diplomatiya tarixində mühüm bir mövqeyi olduğunu deyib:

"Cənab Prezidentin dediyi hər bir sözdən, hər bir cümlədən sonra Ermənistan rəhbərliyi cavab verməyə çətinlik çəkirdi, deməyə söz tapmırdı. İndiyə kimi sadəcə canlı yayın edərək blogerliklə məşğul olan Paşinyanın siyasi səhnədə nə qədər dayaz və primitiv olduğunu siyasi təcrübəsi və ritorikası ilə sübut edən cənab Prezident Ermənistanın Azərbaycanla müqayisə olunmayacaq qədər zəif olduğunu da ortaya qoydu və bildirdi ki, əgər ermənilər öz müqəddəratlarını ikinci dəfə həll etmək niyyətindədirlərsə, zəhmət çəkib bunu başqa bir məkanda eləməyə cəhd göstərsinlər. Azərbaycan isə buna əsla izin verməyəcək. Öz dediklərini dəfələrlə inkar edən N.Paşinyan gah Qarabağda ermənilərin bulunmadığını, gah da öz oğlunun da Dağlıq Qarabağda hərbi xidmət keçdiyini deyərək ciddi mənada cənab Prezidentin qarşı həmlələrinin onda şok effekti yaratdığını rəsmən təsdiqləmiş oldu. Həqiqətin gözünün içinə düz baxa bilməyəcək qədər qorxaq olan Nikol Paşinyanın debatda yol verdiyi ciddi siyasi səhvlər və yaşamış olduğu nakaut vəziyyəti xarici siyasi texnoloqların da diqqətindən yayınmadı.

Hətta ermənilər belə Paşinyanın düşdüyü biabırçı vəziyyətə qəzəblə münasibət bildirdilər. Çünki artıq onlar da bilirlər ki, Davosdan, Aşqabaddan sonra bu, artıq üçüncü analoji haldır ki, erməni baş naziri Azərbaycan Prezidenti qarşısında nə deyəcəyini bilmir. Artıq Nikol Paşinyan da, onu dəstəkləyən qüvvələr də fərqindədirlər ki, Azərbaycan əsla və əsla Ermənistana güzəştə getmək niyyətində deyil və bu haqda düşünmür də. Azərbaycan Prezidenti bütün dünyanın gözü qarşısında keçirilən debatda bir daha göstərdi ki, bütün sahələrdə Ermənistan Azərbaycanla müqayisə edilməyəcək qədər zəifdir".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024