Mobil versiya
İlham Əliyev: "Azərbaycan xalqı türk xalqının yanındadır"
Tarix: 18-02-2016 | Saat: 13:31
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

İlham Əliyev: "Azərbaycan xalqı türk xalqının yanındadır"
Prezident İlham ƏliyevAzərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edib.

APA-nın “Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan prezidenti Ankarada baş vermiş terror hücumunda həlak olanlar üçün başsağlığını çatdırıb. “Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi, türk xalqının yanındadır ”, - deyə dövlət başçısı vurğulayıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş vermiş faciə ilə əlaqədar Bakıya gələ bilməməsini anlayışla qarşıladıqlarını söyləyən prezident İlham Əliyev mühüm məsələləri əhatə edən və geniş gündəmi olan toplantının yaxın zamanlarda gerçəkləşdiriləcəyini də diqqətə çatdırıb.

M. Çavuşoğlu başsağlığı diləklərinə və dəstəyə görə İlham Əliyevə təşəkkür edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024