Mobil versiya
Qənirə Paşayeva media nümayəndələrinə çağırış etdi: "Spiker seçiləcəyimlə bağlı..."
Tarix: 14-02-2020 | Saat: 15:51
Bölmə:Manşet / Siyasət | çapa göndər

Qənirə Paşayeva media nümayəndələrinə çağırış etdi:


"Sosial mediada, bəzi mətbu orqanlarda mənim Milli Məclis (MM) sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır".

Pravda.az-ın xəbərinə görə, bunu növbədənkənar seçkilərində 105 saylı Tovuz seçki dairəsinin lider namizədi Qənirə Paşayeva bildirib.

O, yayılan məlumatlara aydınlıq gətirib: "Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir, hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır, mən isə bitərəfəm.

Digər tərəfdən yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamınızı xahiş edirəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5246 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-09-2020