Mobil versiya
Ehsan Zahidov: “Məsələyə hüquqi qiymət veriləcək”
Tarix: 11-02-2020 | Saat: 12:41
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ehsan Zahidov:


İqtisadçı Qubad İbadoğlu parlament seçkilər günü qızı Jalə Bayramovaya qarşı Lənkəran rayonu Şürük kəndində yerləşən 16-cı məntəqədə baş verən fiziki zordan və təzyiqlərdən danışıb. O bildirib ki, qızı məntəqədəki saxtakarlığa mane olduğuna görə, bu hadisə baş verib və indiyə kimi bu işlə əlaqədar heç kim cəzalandırılmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məsələ ilə bağlı bildirib ki, J.Bayramova məntəqədəki saxtakarlığa mane olduğuna görə deyil, məntəqəyə gələn seçiciləri videoya çəkdiyinə görə bu hadisə baş verib:

“Məntəqə sədrinin çağırışı ilə oraya daxil olan polis əməkdaşları Jaləni Rayon Polis Şöbəsinə gətirərək, müvafiq qaydada onun ərizəsini və izahatını alıblar. Dünən isə J.Bayramovanı RPŞ-nin rəisi şəxsən qəbul edib, dinləyib və xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün tibbi ekspertizaya göndərilməsi də təmin edilib. Yəni, bu hadisə ilə əlaqədar RPŞ-də bütün zəruri tədbirlər həyata keçirilib”.

E.Zahidov onu da vurğulayıb ki, tibbi ekspertin rəyindən və bununla bağlı aparılan araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024