Mobil versiya
Müşfiq Cəfərovun təbliğat- təşviqat kampaniyası davam edir - - FOTOLAR
Tarix: 04-02-2020 | Saat: 12:25
Bölmə:Siyasət | çapa göndər

Müşfiq Cəfərovun təbliğat- təşviqat kampaniyası davam edir -


Müşfiq Cəfərovun təbliğat- təşviqat kampaniyasına eyni dairədən olan deputatlığa namizəd Üzeyir Əliyev öz vəkillərilə birlikdə qoşuldu.

Bundan öncə verdiyimiz məlumatda qeyd olunduğu kimi, 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi üzrə bitərəf namizəd, YAP üzvü Üzeyir Əliyev öz namizədliyini geri götürərək, Yeni Azərbaycan Partiyasının dairə üzrə yeganə namizədi olan Müşfiq Cəfərovun təbliğat-təşviqat kampaniyasına qoşulduğunu bildirmişdi.

Belə ki, namizəd Müşfiq Cəfərov seçicilərlə öz görüşlərini ardıcıl şəkildə davam etdirir və növbəti görüşü 3 fevral tarixində Nizami Gəncəvi və Əziz Əliyev küçələrində yaşayan Gəncə şəhər sakinləri, seçicilərilə oldu. Bu görüşdə 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizəd olan, YAP üzvü olduğu üçün namizədliyini partiya üçün geri götürən Üzeyir Əliyev və vəkilləri də iştirak etdi.

Açılış nitqini Müşfiq Cəfərovun vəkili Sahib Əmiraslanov edərək, görüşün məqsədi və gənc namizəd haqqında məlumat verdi. Üzeyir Əliyev çıxışlarında Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, hakim partiyaya sadiq olduğunu və etimadının nümunəsi kimi, partiyanın qələbəsi naminə güclərin birləşdirilməsi üçün səslərini Müşfiq Cəfərova yönləndirdiyini bildirdi. Bu görüşdə Müşfiq Cəfərovu dəstəkləmək məqsədilə iştirak etdiyini, birlikdə daha güclü olduğuqlarını söylədi.

Təbliğat – təşviqat qrupunun üzvü, Üzeyir Əliyevin vəkili Natiq İsmayılov bu yolda Müşfiq Cəfərova dəstək olduqlarını, Yeni Azərbaycan Partiyası tərəfindən ona olan inam və etimadı doğruldacağına inandıqlarını vurğuladı.

Sonda çıxış edən Müşfiq Cəfərov hər kəsə dəstəyi üçün təşəkkürünü bildirdi, gələcək plan və proqramlardan bəhs etdi.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024