Mobil versiya
82 yaşlı deputat yeni çağırış Milli Məclisin ilk iclasını aparacaq
Tarix: 10-02-2020 | Saat: 12:36
Bölmə:Manşet / Gündəm | çapa göndər

82 yaşlı deputat yeni çağırış Milli Məclisin ilk iclasını aparacaq


Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası ilkin nəticələri açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, 116 saylı Qəbələ seçki dairəsindən Fəttah Heydərov deputat seçilib.

O, deputat seçilənlər arasında ən yaşlısıdır. F.Heydərov 1938-ci ildə anadan olub (bu ilin fevralın 23-də onun 82 yaşı olacaq).

F.Heydərov 1995-ci ildən deputatdır.

F.Heydərov yeni çağırış Milli Məclisin ilk iclasını aparacaq.

Yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir.

Nizamnamənin 2-ci maddəsində yazılıb ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır.

Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024