Mobil versiya
Aqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdi - FOTOLAR
Tarix: 07-02-2020 | Saat: 17:57
Bölmə:Gündəm | çapa göndər

Aqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdi


Fevralın 7-də Oğuzun Xaçmazqışlaq kənd məktəbi müəllimlərinin dəvəti ilə kəndə gələn 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı seçki marafonu ərəfəsində yekun görüşünü keçirdi. Əvvəlki dövrdə də ona etibar edib dəstəklədiklərinə və bu günkü dəvətlərinə görə

Aqiyə xanım seçicilərə minnətdarlıq edərək bildirdi ki, - “Dairəni qarış- qarış gəzmişəm, hər yerdə böyük sevgi və səmimiyyət görmüşəm.” O, Yeni Azərbaycan Partiyasının seçkilərdəki platforması haqqında geniş məlumat verərək, dövlət başçısı İlham Əliyevin ölkədə və beynəlxalq aləmdəki nüfuzundan, apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın inkişafından, müxtəlif kateqoriyalardan olan vətəndaşların təminatı üçün qəbul olunan qanunlardan və regionların inkişafı istiqamətində atdığı addımlardan söz acdı. Ölkədə aparılan geniş islahatların tərkib hissəsi olan növbədənkənar parlament seçkilərində YAP tərəfindən onun təkrar namizədliyinin irəli sürüməsindən qürur duyduğunu bildirən Aqiyə Naxçıvanlı seçicilərin bu seçkilərdə layiqli namizədə verəcəyi hər bir səsin əhəmiyyətindən danışdı.

Seçicilərdən Əbülfət Əsgərov, Eldar Məmmədov, Aytən Alcanlı, Araz Mustafayev, Mərdan Abdullayev və başqaları çıxış edərək Aqiyə Naxçıvanlının əvvəlki deputatlığı dövründəki fəaliyyətindən razılıq etdilər. Onun kənd sakinlərini dinlədiyinə, kəndin yüksək bal toplayaraq ali məktəblərə qəbul olan gənclərinə qayğı göstərdiyinə və digər məsələlərlə bağlı gördüyü işlərə görə minnətdarlıq edərək bu seçkilərdə uğur qazanmağını və bundan sonra da onların yanında olmağını dilədilər. Xaçmazqışlaq seçiciləri fevralın 9 da keçiriləcək seçkilərdə YAP-ın namizədinə - Aqiyə Naxçıvanlıya səs verəcəklərini bildirdilər.

aia.az














Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024