Mövlud Çavuşoğlu: “İdlibdə vəziyyət gərgindir”
Tarix: 07-02-2020 | Saat: 17:54
Bölmə:Manşet / Dünya | çapa göndər
Əsəd rejiminin təcavüzkar siyasəti nəticəsində İdlib şəhərində vəziyyət gərgin olaraq qalır. Bu mövzunu müzakirə etmək üçün sabah Türkiyəyə Rusiyadan nümayəndə heyəti gələcək.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. O, İdlibdə vəziyyətin gərgin olaraq qaldığını və Əsəd rejiminin təcavüzkarlığı səbəbiylə çox sayda insanın evlərini tərk etdiyini bildirib.
Çavuşoğlu türk əsgərlərinə hücum edildiyini və 8 şəhid verildiyini xatırladaraq “bunun qat-qat artıq cavabını verdik. Bu mövzudakı qətiyyətimizi Rusiyaya da çatdırdıq. İnsanlıq faciəsinə və ya fəlakətə son qoymaq üçün nə lazımdırsa edəcəyik”, - deyə vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, Rusiya və İranla Astana, eləcə də Soçi mexanizmləri işə salınıb və bu mexanizmlər Suriyada atəşkəs rejiminin bərpa edilməsini, bunun daimi olmasını və siyasi prosesə keçidin təmin olunmasını hədəfləyir:
“Bu günə qədər bunların faydalarını gördük. Ancaq siyasi proseslərə inanmayan, yalnız hərbi yolla sülh gətirəcəyini düşünən rejimin təcavüzkarlığı artıb. Təbii ki, çox səhv düşüncədə olduğunu mütləq qeyd etməliyəm”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-01-2025