Mobil versiya
İqbal Məmmədov Lerikin Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində seçicilərlə görüşüb - FOTO
Tarix: 07-02-2020 | Saat: 13:23
Bölmə:Gündəm | çapa göndər

İqbal Məmmədov Lerikin Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində seçicilərlə görüşüb -


Yeni Azərbaycan Partiyasının 78 saylı Lerik Seçki dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kampaniyası yüksək fəallıqla davam edir.



aia.az xəbər verir ki, YAP-ın namizədi bu gün rayonun Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində seçiciləri ilə görüş keçirib.



Tədbiri giriş nitqi ilə açan YAP Lerik rayon təşkilatının sədr müavini Mubariz Ağayev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlardan və inkişafdan, eləcədə rayonda aparılan quruculuq, abadlıq işlərindən, YAP-nın 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizədi İqbal Məmmədovun həyat və fəaliyyəti barədə geniş məlumat verib.



Qeyd olunub ki, əvvəlki seçkilərdə olduğu kimi YAP bu seçkilərdə də irəli sürdüyü namizədlərin qələbəsini təmin etmək əzmindədir:



"Əminik ki, 9 fevral tarixində seçicilərimiz İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi İqbal Nəriman oğlu Məmmədova səs verəcəklər".



Daha sonra deputatlığa namizəd İqbal Məmmədov çıxışında Prezident İlham Əliyevin sədri olduğu YAP-ın namizədi olmağı ilə qürur hissi duyduğunu və eyni zamanda böyük məsuliyyət daşıdığını bildirib:



"Lerikin sərt iqlim şəraitinə baxmayaraq təbliğat-təşviqat kompaniyamız uğurla davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonun Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində seçicilərilə görüş keçirtdik. Kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərlə görüşdük. Görüşdə ötən 5 il ərzində fəaliyyətimiz və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi apardıq. Eyni zamanda “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında növbəti 5 ildə də partiyamızın sədri cənab prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində daha yüksək nailiyyətlər əldə edəcəyindən bəhs etdik".



Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.

aia.az













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024