Mobil versiya
Deputatlığa namizəd Mahir Abbaszadə Xırdalan şəhərində məskunlasan laçınlı seçicilərlə görüşüb
Tarix: 21-01-2020 | Saat: 19:00
Bölmə:Gündəm | çapa göndər

Deputatlığa namizəd Mahir Abbaszadə Xırdalan şəhərində məskunlasan laçınlı seçicilərlə görüşüb



Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın seçki dairəsindən deputatlığa namizədi Mahir Tapdıq oğlu Abbaszadə Xırdalan şəhərində məskunlasan laçınlı seçicilərlə görüşüb.

Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla və yüksək mütəşəkkilliklə davam edir. Kampaniya çərçivəsində növbəti görüş Xırdalan şəhərində yaşayan laçınlı seçicilərlə baş tutub. Seçicilər Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədi Mahir Tapdıq oğlu Abbaszadəylə görüşə böyük maraqla və mütəşəkkilliklə toplaşıblar. Görüşü açıq elan edən Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov partiyanın namizədi ilə görüşə belə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O daha sonra Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən namizədi Mahir Abbaszadə haqqında seçicilərə məlumat verib.

Sonra çıxış edən rayon ağsaqqalları və ziyalıları Varaşil Məmmədov, Şikar Qasımov, Aytac Abbasova, Əmirxan Zeynalov, Qanboy Həsənov, Afərim İsmayılova, Haqverdi Təhməzov, Saday İlyasov,Atamoğlan Çıraqov, Murad Kərimov və başqaları çıxış edərək 121 Laçın Seçki Dairəsindən seçkilərdə ən şanslı namizəd YAP-ın namizədi Mahir Abbaszadənin olduğunu vurğulayıblar. Yeni Azərbaycan Partiyasının 121 saylı Laçın Seçki Dairəsindən Milli Məclisə namizədi Mahir Abbaszadə isə çıxışında onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək başlayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb. Daha sonra millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də məlumat verən Mahir Abbaszadə deyib ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır: “Mən də bu sahədə fəal olacağam. Həmçinin hər bir seçicimizin problemlərinə öz problemim kimi yanaşacaq, onların həllində səylərimi əsirgəməyəcəyəm”.

aia.az








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024