Mobil versiya
İqbal Məmmədov: Təbliğat-təşviqat kompaniyamız uğurla davam edir
Tarix: 07-02-2020 | Saat: 10:35
Bölmə:Karusel / Gündəm | çapa göndər

İqbal Məmmədov:

78 saylı Lerik seçki dairəsindən yeni Azərbaycan Partiyasının vahid namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kompaniyası uğurla davam edir.

Əziz seçicilərim, Lerikin sərt iqlim şəraitinə baxmayaraq təbliğat-təşviqat kompaniyamız uğurla davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonun Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində seçicilərilə görüş keçirtdik. Kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclərlə görüşdük. Görüşdə ötən 5 il ərzində fəaliyyətimiz və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi apardıq. Eyni zamanda “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında növbəti 5 ildə də partiyamızın sədri cənab prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində daha yüksək nailiyyətlər əldə edəcəyindən bəhs etdik. Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildirdilər.

aia.az













Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024