Mobil versiya
Hər zaman seçicilərin yanında
Tarix: 07-02-2020 | Saat: 10:21
Bölmə:Manşet / Gündəm | çapa göndər

Hər zaman seçicilərin yanında



9 saylı Binəqədi 2-ci seçki dairəsində deputatlığa namizədliyi qeydə alınmış Kəmaləddin Qafarovun fəaliyyəti seçici məmnunluğunun təmin olunmasına istiqamətlənib

Təəssüflər olsun ki, bu gün biz ölkənin ali qanunverici orqanında hələ də insanlarla, öz seçiciləri ilə təması, ünsiyyəti sadəcə seçkilərə qədər davam edən millət vəkillərinə rast gəlirik. Əslində dövlət başçımızın köhnə parlamentin buraxılmasına və yenisinin formalaşdırılması məqsədilə növbədənkənar seçkilərin keçirilməsinə dair qərar qəbul etməsini şərtləndirən əsas amillərdən biri də məhz bu məqamla bağlıdır.
Digər tərəfdən isə Milli Məclisin elə köhnə tərkibində də daim öz seçicilərinin yanında olan, fəaliyyətində insan amilini əsas tutan deputatlar da kifayət qədər olub. 2015-ci ildə 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Kəmaləddin Qafarov da məhz belə millət vəkillərindəndir.

Qısa arayış:

Kəmaləddin Nəsrəddin oğlu Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini bitirib. Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. Rus və türk dillərini bilir. Milli Məclisin Səhiyyə Komitəsinin üzvüdür. 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar Parlament seçkilərində deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb. Ailəlidir, dörd övladı var.

Kəmaləddin Qafarovun seçicilər arasında populyarlığı bu gün həqiqətən də ən yuxarı səviyyədədir. Keçirilən sorğuların, aparılan təhlillərin nəticələri də göstərir ki, Kəmaləddin Qafarov hazırda seçici rəğbətini əks etdirən bütün göstəricilər üzrə bu seçki dairəsindən digər namizədləri xeyli qabaqlayır. Təbii ki, namizədə bu rəğbəti qazandıran səbəblər müxtəlifdir. Eyni zamanda da bu səbəbləri şərtləndirən ümumi vacib amillər də vardır. Məsələn, belə amillərdən biri kimi vətəndaşların Milli Məclisdə dövlətə və dövlətçiliyimizə sədaqəti qətiyyən şübhə doğurmayan bir şəxs tərəfindən təmsil olunmaq istəklərini göstərmək olar. Kəmaləddin Qafarov isə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarına, Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətə hər zaman sonsuz sadiqliyi ilə tanınan bir kadrdır. Həmçinin Kəmaləddin Qafarovun indiyədək bir deputat kimi göstərdiyi fəaliyyəti də daima xalqın və dövlətin mənafeylərinin qorunmasına yönəldilib. Məhz bu göstəricilər seçicilərdə Kəmaləddin Qafarovun bundan sonra da onları ölkənin ali qanunverici orqanında millət vəkili kimi ləyaqətlə təmsil edəcəyinə, bu sahədə dövlətçiliyimizin inkişafına dəyərli töfhələr verəcəyinə əminlik yaradıb.

Dediyimiz kimi, Kəmaləddin Qafarov hər zaman öz seçicilərini düşünən deputat olub. Millət vəkili seçildiyi gündən onun YAP-ın Binəqədi Rayon Təşkilatının binasında bir nəfər daimi nümayəndəsi oturur. Vətəndaşlar mütəmadi olaraq müxtəlif problemlərlə bura müraciətlər edir, hər dəfə də onları narahat edən məsələnin həllinə nail olurlar. Həmçinin Kəmaləddin müəllim özü də tez-tez vətəndaşları elə oradaca qəbul edir.
Qeyd etmək lazımdır ki, Kəmaləddin Qafarov həm də özü səhiyyə müəssisəsində çalışan bir insan kimi hər zaman seçicilərinin sağlamlığını da düşünüb. Məsələn, keçən ilin mart ayında M.Ə.Rəsulzadə qəsəbəsindəki 6 saylı Şəhər Xəstəxanasında onun keçirdiyi əhalinin onkoloji müayinəsi möhtəşəm bir səhiyyə tədbiri kimi qeyd oluna bilər. Bu aksiya zamanı iki gün ərzində Milli Onkologiya Mərkəzinin 10-dan çox peşəkar həkimi və ən müasir diaqnostika avadanlıqları ilə 1000 nəfərdən artıq insan müayinədən keçmişdi.

Əlbəttə ki, deputatlığı dövründə seçicilərinin yanında olan namizədin, vətəndaşlar da seçkilərdə yanında olacaq və öz etimadlarını yenidən ən layiqli namizədlərinə göstərəcəklər

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024