Mobil versiya
İqbal Məmmədovun seçicilərlə daha bir görüşü keçirilib - FOTOLAR
Tarix: 07-02-2020 | Saat: 10:08
Bölmə:Gündəm | çapa göndər

İqbal Məmmədovun seçicilərlə daha bir görüşü keçirilib -


78 saylı Lerik seçki dairəsindən yeni Azərbaycan Partiyasının vahid namizədi İqbal Məmmədovun təbliğat-təşviqat kompaniyası uğurla davam edir.

aia.az xəbər verir ki, İqbal Məmmədovun seçicilərlə növbəti görüşü, Yeni Azərbaycan Partiyasının təbliğat kompaniyası çərçivəsində rayonun Hamarmeşə, Bibiyani, Peştətük və Rəzgov kəndlərində baş tutub. Görüşdə kənd ağsaqqalları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Deputatlığa namizədlə seçicilər arasında ötən 5 il ərzində fəaliyyəti və qarşıda duran məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda görüş zamanı, “Daha güclü Azərbaycan naminə!” seçki devizi altında növbəti 5 ildə də Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində daha yüksək nailiyyətlər əldə edəcəyindən danışılıb.

Görüşdə iştirak edən seçicilər Yeni Azərbaycan Partiyasını dəstəklədiklərini və partiyanın namizədinə yekdilliklə səs verəcəklərini bildiriblər.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024