Mobil versiya
YAP-ın deputatlığa namizədi Əziz Ələkbərovun Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə seçkiqabağı yekun görüşü keçirildi - FOTOLAR
Tarix: 07-02-2020 | Saat: 09:13
Bölmə:Gündəm | çapa göndər

YAP-ın deputatlığa namizədi Əziz Ələkbərovun Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə seçkiqabağı yekun görüşü keçirildi


aia.az xəbər verir ki,Yeni Azərbaycan Partiyasının 62 saylı Saatlı seçki dairəsindən deputatlığa namizədi Əziz Ələkbərovun 06.02.2020-ci il tarixdə Saatlı rayon Mədəniyyət Mərkəzində seçicilərlə seçkiqabağı yekun görüşü keçirildi. Görüşdə Respublika miqyasında tanınmış ziyalılar, Saatlı rayonunun ağsaqqalları, təhsil və mədəniyyət nümayəndələri, Yeni Azərbaycan Partiyasının rayon fəalları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev seçki kompaniyasının təbliğat-təşviqat mərhələsinin yekunları barədə məlumat verdi.

Sonra söz Əziz Ələkbərovun vəkili Mirfaiq Mirheydərliyə verildi. M.Mirheydərli namizədin təbliğat-təşviqat qrupunun Saatlı rayonunun kəndlərində və rayon mərkəzində apardığı işləri ümumiləşdirdi və az vaxtda Əziz Ələkbərovun Saatlı camaatının etimad və etibarını qazandığını, əhalinin tam dəstəyini aldığını bildirdi. Hətta bu etimadın o dərəcəyə çatdığını nəzərə çatdırdı ki, indinin özündə belə hər gün insanların onunla görüşə gəlib, öz problemlərini onunla bölüşdüyünü, ondan məsləhət aldığını diqqətə çatdırdı.

Filologiya elmləri doktoru Ağaverdi Xəlil qırx ildən bəri
tanıdığı namizəd barədə öz ürək sözlərini dilə gətirdi. O, Əziz Ələkbərovun elmi-ictimai fəaliyyəti barədə geniş məlumat verdi, onun beynəlxalq elmi konfranslarda Azərbaycan elmini ləyaqətlə təmsil etməsi barədə bir çox faktları açıqladı. Ə.Ələkbərovun parlamentdə Saatlı əhalisini ləyaqətlə təmsil edəcəyinə tamamilə əmin olduğunu bildirdi və bütün Saatlı seçicilərini Ə.Ələkbərova səs verməyə çağırdı.

Sonra tanınmış alim, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli Əziz Ələkbərovun erməni məsələsi ilə bağlı respublikada tanınmış mütəxəssis olduğuna diqqəti çəkdi və onun bu sahədə apardığı tədqiatlarının Azərbaycan həqiqətlərinin dünya çatdırılmasında mühüm rol oynadığını xüsusi vurğuladı.

Tədbirdə Saatlı rayonunun kəndlərindən gələn nümayəndələr çıxış edərək Əziz Ələkbərova öz inamlarını ifadə etdilər və 9 fevralda ona yekdilliklə səs verəcəklərini bildirdilər. Bu etimadın həm də Yeni Azərbaycan Partiyasına, onun sədri cənab Prezident İlham Əliyevin ölkədə apardığı möhtəşəm islahatlara tam dəstəkdən irəli gəldiyini xüsusi olaraq vurğuladılar.

Tədbirdə çıxış edən namizəd Əziz Ələkbərov Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış və bu gün cənab prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığının irəli sürülməsi özü üçün böyük bir şərəf hesab etdiyini bildirərək, bu yüksək etimada görə Yeni Azərbaycan Partiyasının bütün siyasi rəhbərliyinə təşəkkür etdi. Eyni zamanda seçki təbliğatında göstərdiyi dəstəyə görə YAP Saatlı təşkilatının rəhbərliyinə və bütün fəallarına öz təşəkkürünü bildirdi.

Sonda bütün Saatlı seçicilərini əmin etdi ki, 9 fevralda uğur qazanacağı təqdirdə növbəti beş il ərzində daim seçicilərinin yanında olacaq və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və Saatlı əhalisinin rifahının yaxşılaşdırılması yolunda bütün gücünü sərf edəcəkdir.

O, “biz hamımız dövlətimizin, millətimizin və cənab prezident İlham Əliyevin və onun sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının sıravi əsgərlərriyik”, - deyə fikrinə yekun vurdu, hamını 9 fevral seçkilərində seçki məntəqələrinə gedib, istədikləri namizədə səs verməyə çağırdı.

aia.az
















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024