Seçicilərindən Adil Əliyevə böyük dəstək - Fotolar
Tarix: 29-01-2020 | Saat: 17:04
Bölmə:Siyasət | çapa göndər
Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Adil Əliyev Azərbaycan Respublika Veteranlar Şurasında görüş keçirib. “Qafqazinfo” xəbər verir ki, böyük dəstək və coşqu ilə keçirilən görüşdə veteranlarla yanaşı, ölkənin tanınmış ziyalıları, ağsaqqalları, idman cameəsinin üzvləri, sakinlər iştirak ediblər.
Çıxış edən Adil Əliyev ölkədə aparılan islahatlardan, Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasətindən, dövlətin xalq üçün gördüyü çoxşaxəli işlərdən bəhs edərək bildirib ki, reallaşdırılan islahatların tərkib hissəsi olaraq, parlament daxilində də bu mühüm addım atılır. “Əlbəttə, bu gün Azərbaycanda gedən yeniliklər öz dinamikliyi ilə seçilir və bu dinamiklik seçkilər ərəfəsində də özünü göstərir”, deyən namizəd bildirib ki, seçkilərin yüksək əhval-ruhiyyə şəraitində davam etməsi də bunu kifayət qədər əks etdirməkdədir.
Namizəd gənclərin sağlam həyata, elmə, təhsilə, idmana önəm vermələrinin vacibliyindən də danışaraq bildirib ki, hazırda prezidenti olduğu Kiq-boksinq Federasiyası onlarla belə gəncləri həm də bir Azərbaycan əsgəri kimi yetişdirir, onların müxtəlif beynəlxalq yarış və turnirlərdə ölkəmizin bayrağını yüksəklərə qaldırdıqlarını, bundan sonsuz fəxarət hissi duyduğunu vurğulayıb.
Daha sonra Adil Əliyevin həyat və fəaliyyətini əks etdirən, öncəki seçkilərdə əldə etdiyi uğurlardan, millət vəkilliyi dövründə gördüyü işlərindən bəhs edən sənədli film nümayiş olunub.
Görüşdə çıxış edənlər ağsaqqallar, ziyalılar, Qarabağ və İkinci dünya müharibəsi veteranları, idman cameəsinin üzvləri Adil Əliyevi sona qədər dəstəkləyəcəklərini, onu bundan sonra da millət vəkili kimi görmək istədiklərini, seçimlərinin birmənalı olaraq onun üzərində edəcəklərini vurğulayıblar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər