Mobil versiya
Seçicilər Aqiyə Naxçıvanlıya - “Bu seçkilərdə bizim səsimiz sizindir!” –dedilər
Tarix: 06-02-2020 | Saat: 17:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Seçicilər Aqiyə Naxçıvanlıya -




Fevralın 6-da 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı Qəbələnin Zarağan və Daşca kənd seçiciləri ilə görüşdü. Görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və namizədin vəkili Azad Məmmədov seçiciləri salamlayaraq deputatlığa namizəd Aqiyə Naxçıvanlının tərcümeyi-halı, pedaqoji, siyasi fəaliyyəti və onun el- oba üçün gördüyü işlər haqqında geniş məlumat verdilər.
Aqiyə Naxçıvanlı görüşdə iştirak edən seçicilərini salamlayaraq ölkə başçısı İlham Əliyevin regionların inkişafına, vətəndaşların sosial müdafiəsinin təmin olunmasına, şəhid ailələrinə, Qarabağ əlillərinə göstərdiyi diqqətdən və onun son illərdə respublikada apardığı bir çox sahələri əhatə edən islahatlardan danışdı.

Çıxış edən seçicilərdən Fikret Ismayilov, İlqar Sultanov, Suqra Məmmədova, Rəsmiyyə Rəsulzadə və başqaları Aqiyə Naxçıvanlının seçicilərinə diqqətindən, kəndin abadlaşdırılmasında, müraciətlərinin həll olunmasında səlahiyyətləri çərçivəsində göstərdiyi köməkliyə görə minnətdarlıq etdilər. Onlar Aqiyə xanıma –“Bu seçkilərdə bizim səsimiz sizindir!”- deyərək uğurlar arzuladılar. Görüşün sonunda qonşu kəndlərdən Aqiyə xanımla təkrar görüşə gələn seçicilər ona bir daha xeyir-dua verərək daha güclü Azərbaycan naminə fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını bildirdilər.


aia.az

















Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024