Elman Nəsirov Cəlilabad rayonunun bir neçə kəndindən olan seçicilərlə görüşüb - FOTO + VİDEO
Tarix: 05-02-2020 | Saat: 17:00
Bölmə:Siyasət | çapa göndər
Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Elman Nəsirov fevralın 4-də təbliğat-təşviqat kampaniyası çərçivəsində Xanəgah, Təzəkənd, Pərdi, Türkelli, Mikayıllı, Cəfərli və Qarğılı kəndlərindən olan seçicilərlə görüşmüşdür.
Deputatlığa namizəd Elman Nəsirov qeyd etdi ki, hakim Yeni Azərbaycan Partiyası seçkilərə “Daha güclü Azərbaycan naminə” şüarı ilə gedir. Bu da təsadüfi deyildir. Məlum həqiqətdir ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı ümumxalq partiyası olan YAP ölkəmizin aparıcı siyasi qüvvəsidir. Bu partiyanın rəhbəri, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, sistemli və ardıcıl siyasəti sayəsində Azərbaycan regional liderə çevrilmişdir. Dövlətimiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Ölkəmiz və onun əsas siyasi qüvvəsi olan YAP parlament seçkilərinə dərinləşən islahatlar kursu və onun ciddi nəticələri ilə gedir. Bu islahatların təşəbbüskarı və müəllifi möhtərəm Prezidentimiz İlham Əliyevdir. Bu islahatlar öz mahiyyəti etibarilə hərtərəfli olub, həm siyasi, həm iqtisadi, həm sosial, eyni zamanda struktur və kadr sahələrini əhatə edir. Son bir il ərzində minimum əmək haqqı 2 dəfə, minimum pensiya 70%, bəzi müavinətlər 50%, bir sıra müavinətlər isə 2 dəfə artmışdır. 2019-cu ildə həyata keçirilən iki sosial islahatlar paketi 4,2 milyon insanı əhatə etmişdir. Sosial infrastrukturla bağlı böyük işlər görülmüşdür. 60 tibb müəssisəsi, 84 məktəb tikilmiş və ya təmir edilmişdir.
Seçicilər cənab İlham Əliyevin rəhbərliyi altında YAP-ın hazırladığı seçki platformasını müdafiə etdiklərini bildirirlər. Xüsusilə də, bu partiyanın rəhbərliyi altlnda sosial-iqtisadi, ictimai-siyasi, humanitar, təhsil, tibbi, infrastruktur, qeyri-neft sektorunun inkişafı, hərbi quruculuq və digər sahələrdə atılan və atılması planlaşdırılan addımları birmənalı şəkildə dəstəklədiklərini vurğulayırlar. Onlar qeyd edirlər ki, inanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin möhkəm siyasi iradəsi, prinsipiallığı, qətiyyəti, böyük diplomatik məharəti və xüsusilə də ümumxalq dəstəyinə malik olması sayəsində ən ağır problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz ədalətli həllini tapacaqdır.
Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədinin seçki platforması ətrafında fikir mübadiləsi apardılar.
Deputatlığa namizəd həmçinin seçicilərin qayğıları ilə maraqlandı, onların suallarına cavab verdi.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024