Mobil versiya
“Təcrübəsi olmayanlar sükan arxasına əyləşməsinlər” - Xəbərdarlıq
Tarix: 06-02-2020 | Saat: 11:50
Bölmə:Gündəm | çapa göndər

“Təcrübəsi olmayanlar sükan arxasına əyləşməsinlər” -


"Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq sürücülərin bəzi qaydalara əməl etməsini vacib şərtə çevirir".

Bunu Azvision.az -a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Şöbə rəisi bildirib ki, sürücülər yola çıxmazdan əvvəl hava şəraitini nəzərə almalıdırlar.

"Sürücülər hava şəraitini mütləq nəzərə almalı, texniki cəhətdən nasaz avtomobillərlə yola çıxmamalı, hərəkətdə olarkən sürət həddini hava şəraitinə uyğun seçməlidirlər. Qarlı, yaxud buzlu yollarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərdən xahiş olunur ki, bu günlərdə həmin ərazilərdə sükan arxasına əyləşməsinlər".

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva hava şəraitinin kəskin dəyişəcəyini bildirib. Fevralın 7-si axşamdan başlayaraq Bakıda güclənən şimal-qərb küləyi hakim olacaq, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir. Temperaturların xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024