Mobil versiya
Novruz Aslanovun görüşləri davam edir - FOTOLAR
Tarix: 06-02-2020 | Saat: 11:34
Bölmə:Siyasət | çapa göndər

Novruz Aslanovun görüşləri davam edir -


Fevralın 5-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov İsmayıllı şəhərində daha üç görüş keçirib. İlk görüş İsmayıllı şəhərinin mədəniyyət işçiləri və rayonun ictimai həyatında fəal iştirak edən qadınlarla olub.



aia.az xəbər verir ki, görüşdə Novruz Aslanovun uğurlu deputatlıq fəaliyyəti ilə yaxından tanış olan ictimai fəallar bu ənənənin İsmayıllı rayonunda yaşatdığı üçün ona təşəkkür ediblər. Namizəd uğurlu fəaliyyətinin əsasında güclü dövlətin, onun inkişaf etmiş strukturlarının durduğunu bildirib. Sakinlərin qaldırdığı məsələlərin əlaqədar hökumət strukturlarının davamlı olaraq həllinə çalışdığını önə çəkən Novruz Aslanov bu işləri ölkə başçısının daim nəzarətdə saxladığını bildirib.



İkinci görüş Novruz Aslanovun komandası və seçkilərdəki müşahidəçiləri ilə olub. Namizəd seçki günü ilə bağlı məntəqələrdə onun müşahidəçisi kimi iştirak edənlərə lazımi təlimatlarını verib, seçki qanunvericiliyinə və qaydalarına uyğun olaraq hərəkət etmələrini tövsiyə edib.



Sonuncu görüş İsmayıllı rayonunun gəncləri və idmançıları ilə baş tutub. Görüşdə müxtəlif beynəlxalq turnirlərin qalibləri və mükafatçıları iştirak ediblər. Gənclərin də iştirak etdikləri görüş səmimi mühitdə davam edib. Novruz Aslanov dövlətin idmançılara göstərdiyi qayğıdan, xüsusilə ölkə başçısının bu qayğısı sayəsində əldə olunan ugurlardan söhbət açıb. Gəncləri 2 fevral Gənclər günü ilə təbrik edən Novruz Aslanov ölkənin gələcək inkişafında gənclərin böyük rolunun olduğunu diqqətə çatdırıb. Tədbirdə iştirak edən hər bir gəncə bu işlərdə fəallıq göstərmələrini və gələcək inkişafa öz töhfələrini vermələrinin vacib olduğunu bildirib. Çıxış edənlər Novruz Aslanovun yerli idmançılara daim dəstək verdiyini, yarışlarda iştirak etmələri üçün şərait yaratdığını bildirib və ona təşəkkür ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024