Mobil versiya
Nizami rayonu gəncliyə səs verəcək
Tarix: 04-02-2020 | Saat: 15:44
Bölmə:Manşet / Siyasət | çapa göndər

Nizami rayonu gəncliyə səs verəcək




Sakinlər Könül Nurullayevanın seçkilərdə qələbəsinə böyük ümidlər bəsləyirlər


24 saylı Nizami birinci seçki dairəsində namizədliyi qeydə alınmış deputatların əksəriyyətinin seçicilərlə görüşlərində biz də iştirak etmişik. Amma etiraf edək ki, məhz Könül Nurullayevanın tədbirlərində şahidi olduğumuz insan çoxluğunu, namizəd və seçicilər arasında ani yaranan səmimiyyəti, qarşılıqlı anlaşma və rəğbəti başqa heç bir namizədin görüşlərində müşahidə etməmişik.


Məhz elə bu müşahidələrimiz də belə deməyə əsas verir ki, paytaxtın Nizami rayonunda yaşayan seçicilər də artıq öz səslərini kimə verəcəklərinə dair heç bir tərəddüd yaşamırlar. Elə rayon ərazisində keçirdiyimiz sorğularda iştirak edən və ya sadəcə görüşüb söhbətləşdiyimiz sakinlər də Könül xanımı Milli Məclisdə öz təmsilçiləri kimi görmək arzusunda olduqlarını bildirmişlər. Əlbəttə ki, belə məsuliyyətli bir qərarı heç kim təsadüfi seçim nəticəsində vermir. Bu gün Azərbaycanda dövlət başçımız cənab İlham Əliyev tərəfindən həyata keçirilən möhtəşəm islahatlar vətəndaşlar üçün bütün sahələrdə yeni imkanlar açıb. O cümlədən, insanlarımız yeni, daha mükəmməl, müasir həyatımızı daha demokratik edə biləcək bir qanunverici orqanın formalaşdırılması prosesinə də son dərəcə məsuliyyətlə yanaşmaqdadırlar. Hamımız bilirik ki, yeni parlamentin ölkənin gələcəyinə böyük təsiri olacaqdır. Və əgər biz bu təsirin yalnız inkişafa xidmət etməsini istəyiriksə, o zaman bugünkü seçimimizdə diqqətli və məsuliyyətli olmalıyıq.



Birmənalı olaraq demək olar ki, Nizami rayonunun sakinləri də məhz bu düşüncələrdən irəli gələrək, böyük əksəriyyətlə etimadlarını Könül Nurullayevaya göstərəcəklərini bildirirlər. Gənc ana, gənc alim, gənc rəhbər... Bu üç xüsusiyyəti özündə uzlaşdırmağı bacarmış Könül xanımın öz seçicilərini Milli Məclisdə ləyaqətlə təmsil edəcəyinə dair əlbəttə ki, heç bir şübhə ola bilməz. Xüsusilə Könül Nurullayevanın son illər ərzində idman təşkilatçılığı sahəsində göstərdiyi səmərəli fəaliyyəti onun gənclər arasında populyarlığının daha sürətlə artmasına səbəb olmuşdur. Xatırladaq ki, Könül xanım 2005-ci ildə əsası qoyulan Azərbaycanın ən böyük gənclər təşkilatı sayılan "İRƏLİ" Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının və Gənclər Parlamentinin ilk üzvlərindən biri olub. MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin İcraçı Direktoru, “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinin rəhbəri, 2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilməklə ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanım olub. Amma bu istiqamətdə fəaliyyətində başqa birinciliklər də var. 2013-cü ildə Könül xanım 57 islam ölkələrinin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə bu təşkilatın tarixində seçilən ilk xanım nümayəndədir.

Məlumdur ki, Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam imzalayıb. Həmin mötəbər komitənin katibi təyin edilməsi isə Könül Nurullayevanın bacarığının necə geniş və çoxşaxəli olmasının təsdiqi və göstəricisi idi. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun dissertantıdır. 2019-cu ilin sentyabrından isə İsveçrənin Biznes Universitetində MBA proqramı üzrə təhsil alır. İctimai fəaliyyəti ilə yanaşı, nümunəvi ailə xanımı və qayğıkeş anadır.



Bununla belə, Könül Nurullayevanın seçki platformasında Nizami rayonunda ekoloji vəziyyətin yaxşılaşdırılması, insanların rifah səviyyələrinin yüksəldilməsi, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin sosial-məişət problemlərinin həlli, uşaq və gənclərin asudə vaxtlarının təşkili, onların sağlam həyat tərzinə cəlb olunmaları və bir çox digər bu kimi məsələlərin həlli istiqamətində görüləcək işlər barədə bəndlər də yer alıb. Ən əsası da budur ki, insanlarımız Könül xanıma inanırlar.

Əbəs yerə deyildir ki, bu namizəd artıq indidən əhalinin ən müxtəlif sosial təbəqələrini təmsil edən insanların – idmançıların, evdar xanımların, ziyalıların, təqaüdçülərin və müharibənin od-alovundan çıxmış veteranların belə sevgisini qazana bilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024