Mobil versiya
Rusiya Prezidenti Polad Bülbüloğlunu təbrik edib
Tarix: 04-02-2020 | Saat: 11:15
Bölmə:Siyasət | çapa göndər

Rusiya Prezidenti Polad Bülbüloğlunu təbrik edib


Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu 75 illiyi münasibətilə təbrik edib.

Trend bu barədə Kremlin rəsmi saytına istinadən məlumat verir.

Təbrikdə deyilir: “Hörmətli Polad Bülbüloğlu, 75 illik yubileyinizlə əlaqədar ən səmimi təbriklərimi qəbul edin. Uzun illərdir ki, Siz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin, məhsuldar əməkdaşlığın inkişafına mühüm töhfə verirsiniz. Əlbəttə ki, Rusiyada Sizin parlaq bəstəkarlıq, musiqiçi və artistlik istedadınızı yüksək dəyərləndirirlər, Sizin yaradıcılığınızı həqiqətən də sevirlər. Sizə ürəkdən sağlamlıq, xoşbəxtlik, rifah və uğurlar arzulayıram”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024