Mobil versiya
Etibar Əliyev: “Prezidentin çağırışı yaxın zamanlarda öz təsdiqini tapacaq”
Tarix: 04-02-2020 | Saat: 10:10
Bölmə:Gündəm | çapa göndər

Etibar Əliyev:


Fəlsəfə doktoru, tanınmış təhsil mütəxəssisi Etibar Əliyevötən gün Prezident İlham Əliyevin “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çox əhəmiyyətli fikirlər səsləndirdiyini qeyd edib.

O, qeyd edib ki, ölkə Prezidenti konfransda yekun nitqində olduqca maraqlı bir məsələyə də toxunub.



Cənab Prezident dedi ki,” Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. Necə ki, Davos Forumu bizi lider kimi görür, biz də lider olmalıyıq. Ona görə ki, bu, gələcək inkişafımız deməkdir.

Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik”.



Tanınmış təhsil ekspertinin fikrincə, bu, çox mühüm çağırışdır. “Dövlət başçısının bu ideyası ölkədə aparılan geniş islahatlarla üst-üstə düşür. Dördüncü sənaye inqilabı bəşəriyyətin inkişafında yeni mərhələdir. Onun fundamentini özündən əvvəlki 3 sənaye inqilabı təşkil edir. Hərəkətverici qüvvəsi isə yeni texnologiyaların əlçatan olmasıdır. Davos İqtisadi Forumunun prezidenti Klaus Şvaba görə bu inqilab yeni başlayıb, buna görə də, təkcə yeni texnologiyaların yaradılması ilə bitməyəcək. Bütün bunların həyata keçməsi üçün necə işləməyimizi, yaşamağımızı və ünsiyyət qurmağımızı dəyişən çevik idarəetmə formaları, pozitiv dəyərlər yaradılmalıdır.

Burada mühüm prinsiplərdən biri dəyərlərin çatışmazlıq kimi deyil, ləyaqət, şərəf kimi nəzərdə tutulmasıdır. Azərbaycan dünyada dəyərlərin qorunmasının ən bariz nümunəsi olan ölkələrdən biridir və çevik idarəetmə formaları bunu tamalayan faktora çevriləcək. Bu baxımdan prezidentin çağırışı yaxın zamanlarda öz təsdiqini tapacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024