Mobil versiya
Aygün Süleymanlı hamıya qarşı
Tarix: 03-02-2020 | Saat: 12:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aygün Süleymanlı hamıya qarşı




Deputatlığa namizədin “qara siyahı”sı getdikcə böyüyür

28 saylı Sabunçu üçüncü seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlının seçkilərdə ala biləcəyi ehtimal olunan səslərin sayı azaldıqca, belə vəziyyətin yaranmasına görə bu namizədin özündən başqa günahkar bildiyi insanların da sayı proporsinal qaydada artır. Artıq bu siyahıya icra başçısı, kənd icra nümayəndələri, bələdiyyə sədr və üzvləri, obyekt sahibləri, eyni dairədən namizədliyi irəli sürülmüş digər namizədlərlə yanaşı jurnalistlər də daxil edilib. Vəziyyət belədir ki, əgər hansısa saytda Aygün Süleymanlının təbliğatı getmirsə, deməli həmin sayt “kitayskidir”. Yox, əgər üstəlik həmin seçki dairəsindən hansısa digər bir namizədin təbliğat kampaniyasının gedişi işıqlandırılırsa, deməli həmin sayt 50 manat rüşvət alıb. Təbii ki, bütün bunlar yalnız Aygün xanımın xəstə təxəyyülünün məhsuludur. Nəyə görə xəstə təxəyyül? Çünki normal düşüncəyə malik olan insan öz uğursuzluqlarında ilk növbədə özünü günahkar bilər, boşluqları öz işində axtarar. Necə olur ki, nə icra stukturları, nə polis orqanları, nə də hər hansı digər qurum və təşkilat nümayəndələri eyni seçki dairəsində qeydə alınmış 9 namizəddən 8-nə heç bir maneçilik törətmirlər, təkcə Aygün xanım belə bir iddia ortaya qoyur? Hansı səbəbə görə digər 8 namizəddən heç biri digərinə qarşı hər hansı bir ittiham irəli sürmür, yalnız Aygün Süleymanlı hər kəsin ona mane olduğunu deyir? Axı necə olur ki, 9 namizəddən 8-i normal şəkildə təbliğat kampaniyasını da aparır, seçicilərlə də görüşür, bu görüşlərə kifayət qədər seçici də toplaya bilir, yalnız tək bir Aygün Süleymanlı bunları edə bilmir..? Əslində səbəb məlumdur. Məsələ bundadır ki, bu namizəd öz mənfi imicini məhz elə jurnalist fəaliyyəti sayəsində qazanıb. Bu səbəbdən də indi onu nə həmkarları dəstəkləmir, nə də seçicilər ona etimad göstərmirlər. Aydın məsələdir, həmkarlarını təhqir etməklə, digər deputatlığa namizədləri şərləməklə, yerli icra strukturlarını şantaj etməklə seçici rəğbətini qazana bilməzsən. Bunun üçün çalışmaq, zəhmət çəkmək, hansı sahədə olmasından asılı olmayaraq fəaliyyətini təkcə özünün deyil, həm də xalqın rifahına yönəltməyi bacarmaq lazımdır. Bu keyfiyyətlər isə təəssüflər olsun ki, Aygün Süleymanlıda aşkar olunmur.

Odur ki, Aygün xanım, “kitayski” də olsaq, gəlin biz jurnalistlərin bir yaxşı məsləhətini dinləyin. Nə qədər ki, paranoyanız sizə qarşı “terror aktının hazırlanması” səviyyəsinə yüksəlməyib, dünyaya baxışınızı, ətrafınazda olan insanlara münasibətinizi mümkün qədər dəyişməyə çalışın. İnanın bu elə də çətin deyil. Sadəcə bir qədər ambisiyalarınızı cilovlamaq və bir də yaşadığınız cəmiyyətə hörmətlə yanaşmağı öyrənmək lazımdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024