Mobil versiya
Novruz Aslanov İsmayıllı şəhərində seçicilərlə görüşüb - FOTOLAR
Tarix: 03-02-2020 | Saat: 10:09
Bölmə:Gündəm | çapa göndər

Novruz Aslanov İsmayıllı şəhərində seçicilərlə görüşüb -


Novruz Aslanov seçkiqabağı təşviqat kampaniyasını İsmayıllı şəhərində davam etdirir. Məlumat üçün bildirək ki, İsmayıllı şəhərində seçicilərlə görüşlərin qapalı məkanlarda keçirilməsi nəzərdə tutulub. İsmayıllı şəhərinin ayrı-ayrı məhəllələrində təşkil olunan təşviqat tədbirləri fevralın 1-də Yuxarıbaş adlandırılan məhəllədə davam etdirilib. Görüşə gələn seçicilər Novruz Aslanovu salamlayaraq, dəvətə görə namizədə öz təşəkkürlərini bildiriblər.



aia.az xəbər verir ki, Novruz Aslanov ölkədə bütün sahələrdə aparılan islahatlardan, o cümlədən kadr islahatlarının zərurətdən irəli gələn məsələ olduğunu diqqətə çatdırdı. Milli Məclisin də bu islahatlara dəstək verərək buraxılmasını və yenidən xalqa seçim etmələri üçün şəraitin yaradılmasını islahatların tərkib hissəsi olduğunu vurğuladı. Bu seçimdə xalqın etimadını qazanan parlament üzvünün daha təkmil, çevik və günün tələblərinə uyğun qanunların yaradılmasına töhfə verəcəklərinə, həmçinin seçicilərinin problemlərinin həllinə çalışacaqlarına ümid etdiyini bildirdi.



Sonda Novruz Aslanov görüşə babası ilə gələn Fərid adlı yeniyetməyə “gələcəyin deputatı” kimi müraciət edərək, bir daha bu azad ölkənin gələcək inkişafında gənclərin böyük rolunun olduğunu önə çəkdi. Həmin yeniyetmələr gələcəkdə millət vəkilləri və digər məsul vəzifə sahibləri kimi ölkənin daha da inkişafına töhfə verəcəklərinə əmin olduğunu xüsusilə vurğuladı.

Çıxış edən sakinlər Novruz Aslanovun deputatlıq fəaliyyətini yüksək qiymətləndirdilər və bu seşkilərdə ona uğurlar arzuladılar.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə