Mobil versiya
Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşdü
Tarix: 01-02-2020 | Saat: 13:36
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan və Türkiyə vətəndaşlarını Çindən gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşdü


Çindəki Azərbaycan və Türkiyə vətəndaşlarını gətirən təyyarə Monqolustandan Türkiyəyə yola düşüb.

Trend bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Bildirilir ki, yeni tip koronavirus səbəbiylə Çinin Uhan şəhərindəki Azərbaycan və Türkiyə vətəndaşlarının təxliyəsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid böyük karqo təyyarəsi yanacaq doldurduqdan sonra Monqolustanın paytaxtı Ulanbatordan Türkiyəyə doğru yola çıxıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan dünən Türkiyə və Azərbaycan vətəndaşlarının Çindən təxliyə ediləcəyini bildirib.

“Səhiyyə naziri bildirib ki, bizdə hələ heç bir təhlükə yoxdur. Lakin Çində Azərbaycan vətəndaşları var. Onlar qayıtmaq istəyirlər. Tədbirlər görün və bizim azərbaycanlı qardaşlarımızın istəyini nəzərə alın. Onları Türkiyəyə gətirək”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb. Çində yeni növ koronavirusdan ölənlərin sayı 213 nəfərə, yoluxanların sayı ilə 9 692 nəfərə çatıb.

Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5135 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2020
{sape_links}{sape_article}