Mobil versiya
Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırıldı
Tarix: 01-02-2020 | Saat: 13:34
Bölmə:Gündəm | çapa göndər

Seçki lövhəsinə seçicilərin əleyhinə reklam kağızları yapışdıran şəxs cəzalandırıldı


"Özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyintələblərini pozduğuna görə saxlanılıb”.

Bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətindən bildirilib.

İdarədən qeyd edilib ki, onun yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub:

"Vətəndaş müvafiq olaraq, ərazi üzrə Polis Bölməsinə gətirilməklə əməlinin hüquqazidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Onun əməllərində inzibati xətanın tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb”.

Qeyd edək ki,Həqiqət Sosialist Hərəkatın üzvü Ənvər Cəlilovunyanvarın 30-da Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılmasıvə bir sutkadan çox orada qalması barədə məlumat yayılmışdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024