Ən layiqli namizədlərə səs verək
Tarix: 31-01-2020 | Saat: 11:44
Bölmə:Manşet / Siyasət | çapa göndər
“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 101 saylı Göygöl-DaşkəsənSeçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat
Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədiləGöygöl şəhərindəolmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd,olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu Göygölşəhərininmüxtəlifərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 6 saat davam edən prosesə 128 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 15 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 113 respondentdən 79nəfəri isə sualımızı “mən Səyavuş Məmmədova səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 61,7 faizi Milli Məclisə deputatlığa namizəd Səyavuş Vaqif oğlu Məmmədova etimad göstərəcəklərini bildirmişlər.
Tanış olaq:
Məmmədov Səyavuş Vaqif oğlu 01 dekabr 1977-ci ildə Qərbi Azərbaycanda anadan olub.1994-cü ildə Göygöl rayonunda orta məktəbi bitirib və ali məktəbə daxil olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsini, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” fakultəsini bitirib. 2000-2001-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.İlk dəfə əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda məsləhətçi kimi başlayıb və müxtəlif məsul vəzifələrdə işləyib.Hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifədə çalışır.
Ailəlidir, iki övladı var.
Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri maraqlı fikirlərdən bəzilərini sizlərə təqdim edirik.
Göygöl şəhər sakini, turizm üzrə mütəxəssis:“Bu gün dövlət başçımız cənab İlham Əliyev tərəfindən ölkədə keçirilən əsaslı islahatlar digər tədbirlərlə yanaşı bir çox sahələrdə kadrların cavanlaşdırılmasını da nəzərdə tutur. Elə bilirəm ki, fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi də ölkənin ali qanunverici orqanının tərkibində məhz bu baxımdan bir yenilənmə məqsədi daşıyır. Sözsüz ki, biz də bu imkandan yararlanmalıyıq. Bizim seçki dairəsindən namizədliyi irəli sürülmüş Səyavuş Məmmədov da bütün kriterilər üzrə tələblərə tam cavab verən bir kadrdır. Daha bir vacib məqam budur ki, Səyavuş müəllimin seçkiqabağı platformasında Göygöl bölgəsində turizmin daha da inkişaf etdirilməsi istiqamətində hansı konkret addımların atılacağına dair proqram öz əksini tapıb.Bu isə bizim region üçün həyat əhəmiyyətli bir məsələdir. Şəxsən mən öz səsimi Səyavuş müəllimə verəcəyəm və bütün seçicilərimizi buna çağırıram...”
Mollacəlilli kənd sakini, şəxsi təsərrüfat sahibi:“[/b]İki gün əvvəlnamizədlərdən Səyavuş Məmmədov bizim kənddə idi. Seçicilərlə görüşə gəlmişdi. Hiss edirsən ki, bir çoxlarından fərqli olaraq bu insan sadəcə səsimizi almağa gəlməyib. Heç kimə qızıldan dağlar da vəd etmədi. Sadəcə olaraq deputat seçilərsə hansı addımları ataçağını bəyan etdi. Dedi ki, əl-ələ verib işləmək lazımdır, dövlət başçımızın ətrafında daha sıx birlik yaratmaq, Prezidentimizə gördüyü işlərdə dəstək olmaq, onun yaratdığı şəraitdən düzgün yararlanmaq lazımdır. Çox da düzgün danışırdı. Şəxsən mənə elə gəldi ki, bu namizəd mənim fikirlərimi oxuyur. Səmimiliyi, dürüstlüyü də heç bir şübhə yaratmırdı. Həm də Səyavuş müəllim bizə yabançı da deyil. Bura onun da doğma rayonudur. Bakıda yaşasa da tez-tez Göygölə gəlir. Hər gəlişində də imkanları daxilində ehtiyacı olanların problemlərini həll etməyə çalışır. Əminəm ki, bizi də Parlamentdə təmsil etməyə ən layiqli namizəd elə Səyavuş Məmmədovdur...”
[b]Göygöl sakini,təqaüdçü:“Rəsmi məlumatlarda Səyavuş Məmmədovun öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürdüyü göstərilib. Amma əslində bu təşəbbüs bizdən olub. Göygöl camaatı Səyavuş müəllimi yaxşı tanıyır. Deputat olmasa da indiyədək onu Bakıda elə öz təmsilçimiz bimişik. Kimin nə dərdi-səri olubsa Səyavuş Məmmədova müraciət edib. O da sağ olsun, indiyədək heç kəsi naümüd buraxmayıb. Bu da var ki, Səyavuş müəllim artıq uzun müddətdir ki, sosial müdafiə sahəsində çalışır. Yəni bu sahənin bütün incəliklərinə, növcud problemlərə, onların həlli yollarının tapılması mexanizminə yaxından bələddir. Deməli bu insan bu sahədə qanunvericiliyin daha da təkmilləşdirilməsi işinə də töhfələr verə bilər. Deməyim odur ki, istənilən tərəfdən baxanda bizim deputatımızın məhz Səyavuş Məmmədov olması çox məqsədəuyğundur. Əminəm ki, bütün Göygöl camaatı da ona səs verəcək...”
Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz on birinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024