Könül Nurullayeva Qarabağ müharibəsi əlilləri, veteranlar, şəhid ailələri və Çernobıl əlilləri ilə görüşüb - FOTOLAR - VİDEO
Tarix: 30-01-2020 | Saat: 16:56
Bölmə:Manşet / Siyasət | çapa göndər
24 saylı Nizami rayon 1-ci seçki dairəsindən deputatlığa namizəd Könül Nurullayeva seçicilərlə görüşlər keçirməkdə davam edir.
aia.az xəbər verir ki, bu dəfə o, seçki qərargahında Qarabağ müharibəsi əlilləri, veteranları, “Şəhid Ailələri” ictimai birliyinin, eləcə də Azərbaycan Respublikası "Çernobıl Əlilləri" ittifaqı ictimai birliyinin Nizami rayon şöbəsinin üzvləri ilə görüşüb.
K.Nurullayeva insanlarla söhbətdə Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğunu söyləyib.
Həmçinin o, ölkə başçısı Cənab İlham Əliyevin ötən ilin payızında Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dünya liderlərinin qarşısında “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsini yada salıb. K.Nurullayeva aparılan siyasət nəticəsində torpaqlarımızı geri qaytaracağımıza əmin olduğunu bildirib.
Toplantıda vətəndaşları düşündürən problemlər və narahat edən məsələlər barədə müzakirə aparılıb. Keçmiş hərbçilərimizin indi də döyüşkən ruhda olması, seçkidə sonadək mübarizə aparacaqlarını demələri, bir gənc namizəd olaraq onu çox fərəhləndirib.
Bundan sonra Rüstəmov 66, 68, 70 saylı binaların sakinləri ilə ərazidəki meydançada görüş keçirilib. Seçiciləri maraqlandıran sualları cavablandıran namizəd çətinliklərin həlli istiqamətində əl-ələ verib birgə çalışmağa səsləyib. Daha sonra "Çernobıl Əlilləri" ittifaqi ictimai birliyinin ailə üzvləri ziyarət edilib. K.Nurullayeva onları düşündürən bütün məsələlərin həllinin daim diqqətində olacağına söz verib.
Könül Nurullayeva haqqında qısa məlumat
2009-cu ildən Mili Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin olunan K.Nurullayeva Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri, “Bakı-2020” Olimpiya Oyunlarına namizədliklə əlaqədar yaradılmış Təşkilat Komitəsinin və “Bakı-2017” İslam Həmrəyliyi Oyunları namizədlik komitəsinin icraçı direktoru kimi beynəlxalq Olimpiya hərəkatında ən gənc xanım rəhbər olaraq adını tarixə yazıb.
O, Pekin Olimpiya oyunlarında (2008-ci il) nümayəndə heyətinin rəhbərinin köməkçisi, London Olimpiya oyunlarında (2012-ci il) Azərbaycan nümayəndə heyətinin rəhbərinin müavini, eləcə də 2010-cu il Vankuver və 2014-cü il Soçi Qış olimpiadalarında nümayəndə heyətinin rəhbəri olub.
K.Nurullayeva “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar Şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yeri tutmuş Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib.
2013-cü ildə Avropa Olimpiya Komitəsinin “Qadın və İdmanda Bərabərlik” komissiyasının üzvü seçilən K.Nurullayeva ölkəmizi Avropa Olimpiya strukturlarında təmsil edən ilk xanımdır.
2013-cü ildə Könül Nurullayeva 57 ölkənin birləşdiyi, Beynəlxalq Olimpiya Komitəsindən sonra dünyanın 2-ci ən böyük idman qurumu sayılan İslam Həmrəylik İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinə seçilən ilk xanım nümayəndədir.
Azərbaycan Prezidenti İlham Əliyev 4-cü İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsinin byaradılması haqqında sərəncam imzalayır. Könül Nurullayeva həmin Komitənin Katibi təyin edilir.
2018-ci ildə İHİF-nin nəzdində əsası qoyulan “Qadın və İdmanda gender bərabərliyi” komitəsinə rəhbər təyin olunub, İHİF tərəfindən 2021-ci ildə İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Şurasına üzv seçilib.
Ailəlidir, 1 övladı var.
Parlament seçkilərinə namizədliyini irəli sürən Könül Nurullayeva haqqında daha ətraflı məlumatla bu linklərə daxil olaraq tanış ola bilərsiniz.
https://m.facebook.com/nurullayevakonul/
https://instagram.com/konulnurullayeva.official?igshid=s8woq6tzq4lt
https://www.youtube.com/channel/UC-vU4BfygJt7FlUVZTB_6cA
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024