Mobil versiya
Novruz Aslanovun təşviqat kampaniyası 52 kəndi əhatə edib - FOTOLAR
Tarix: 30-01-2020 | Saat: 16:52
Bölmə:Gündəm | çapa göndər

Novruz Aslanovun təşviqat kampaniyası 52 kəndi əhatə edib -

86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanovun seçki qabağı təşviqat kampaniyası ucqar dağ kəndləri də daxil olmaqla 52 kəndi əhatə edib.

aia.az xəbər verir ki, bəzi kəndlərdə keçirilən görüşlərə ətraf kənd sakinləri də gələrək iştirak ediblər. Ümumilikdə, 60-a yaxın kəndin seçicisi təşviqat kampaniyasında iştirak edib.

Yanvarın 29-da Novruz Aslanov vəkillərinin iştirakı ilə 6 kəndin seçiciləri ilə təbliğat-təşviqat kampaniyasını davam etdirib. Belə ki, Novruz Aslanov ucqar dağlıq ərazisində yerləşən Müdri kəndində seçiciləri ilə görüşüb. Bu görüşə yaxınlıqda yerləşən Yuxarı Cülyan və Müdrisə kənd sakinləri də gəliblər. Bununla yanaşı Aşağı Zərnava, Külüllü və Uştalqışlaq kəndlərində də namizədin vəkillərinin iştirakı ilə təbliğat kampaniyası baş tutub.

Görüşlərdə Novruz Aslanov deputatlıq fəaliyyəti barədə seçicilərinə məlumat verib. Kənd sakinlərini maraqlandıran bəzi problemlər barədə müzakirələr aparılıb. Seçicilərin təklifləri dinlənilib. Çıxışında Novruz Aslanov Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində rayon və kəndlərdə uğurla həyata keçirilən infrastruktur layihələrindən danışıb. İsmayıllı rayonunda da belə layihələrin davamlı icrasını seçicilərin diqqətinə çatdırıb. Bir neçə kənd istisna olmaqla digər kəndlərdə yeni asfalt yolların salınmasını, su, enerji və təbii qazla təmin olunmasını bildirərək, belə problemlərin mövcud olduğu kəndlərin də mərhələli şəkildə problemlərinin həll olunacağını diqqətə çatdırıb. Seçicilər namizədə onlarla görüşə gəldiyinə görə təşəkkür ediblər.

Növbəti günlərdə kəndlərlə yanaşı rayon mərkəzində də görüşlərin keçirilməsi nəzərdə tutulub.


aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi

5127 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2020
01-06-2020
{sape_links}{sape_article}