Mobil versiya
Aqiyə Naxçıvanlı udin icmasının nümayəndələri ilə görüşdü - FOTOLAR
Tarix: 30-01-2020 | Saat: 16:08
Bölmə:Gündəm | çapa göndər

Aqiyə Naxçıvanlı udin icmasının nümayəndələri ilə görüşdü



Yanvarın 30-u günün ikinci yarısında 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun udin icmasının nümayəndələri ilə də görüşdü. Görüşdə Aqiyə xanım icma üzvlərini salamlayaraq onlarla görüşdən məmnunluğunu bildirdi. O qeyd etdi ki, bu gün Azərbaycan bütün dünyada multikultural, tolerant ölkə kimi tanınmaqla yanaşı, təkcə mədəniyyətlərarası deyil, həm də dinlərarası dialoqun mərkəzinə çevrilib. Udinlər bu illər ərzində Azərbaycan ərazisindəki türkdilli qəbilələrlə də qaynayıb-qarışaraq əsrlər boyu dinc şəraitdə yaşamaqla bərabər özlərinin mədəniyyətini, adət-ənənələrini, dini inanclarını, ən əsası isə dillərini qoruyub saxlayıblar. Bu gün də dövlətimiz Azərbaycanda yaşayan bütün azsaylı xalqlar üçün zəruri şərait yaradır.

Söz alaraq çıxış edən icma üzvlərindən Romella Qumbraşvili, Sveta Ağababayeva, Nikolay Toskoynov, Lida Kumsiyeva və başqaları ilk növbədə onlara yaradılan dinc şəraitə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını birdirdilər. Qeyd etdilər ki, Azərbaycan milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hərtərəfli inkişafını təmin edən demokratik ölkədir. Uzun illər azərbaycanlılarla birgə yaşadıqları bu rayonda bir-birlərinin tədbirlərində iştirak edirlər. Bu ənənəni illərdir qarşılıqlı şəkildə qoruyub saxlayır və yeni nəslə ötürürlər.

İcma üzvləri Aqiyə xanıma bu günkü görüşün onlar üçün çox dəyərli olduğunu vurğuladılar və ona seçkilərdə uğurlar arzuladılar.

AİA.AZ








AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024