Mobil versiya
Aqiyə Naxçıvanlının seçicilərlə görüşləri davam edir - FOTOLAR
Tarix: 30-01-2020 | Saat: 16:04
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aqiyə Naxçıvanlının seçicilərlə görüşləri davam edir


Yanvarın 30-da 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı rayonun ucqar kəndlərindən olan Baş Daşağılda, Muxas kəndində və Malıx yaşayış məntəqəsindətəbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirdi. O, kənd sakinləri ilə görüşdə onların problemləri ilə maraqlandı, əvvəlki illərdə görülən işlər barədə söhbət etdilər.

Seçicilərdən çıxış edənlərNadiyətDadyeva, Pünhan Səmədova, Nəsib Nəsibov, Ramiz Məmmədov və başqaları ölkədə gedən inkişafdan, abadlıq işlərindən məmnunluq ifadə etdilər və bütün bu işləri həyata keçirən ölkə başçısı İlham Əliyevə çətin və şəfərli işində uğurlar arzuladılar. Onlar Aqiyə xanımın əvvəlki deputatlığı dövründə seçicilərin müraciətlərinə laqeyd qalmadığından və daim onların yanında olduğundanrazılıqlarını bildirərək, mövcud olan bəzi problemlərlə də bağlıaidiyyəti qurumlar qarşısında məsələ qaldırmasını xahiş etdilər.

Görüşün sonunda hər üç kəndin seçiciləri Yeni Azərbaycan Partiyasının seçki platformasını bəyəndiklərini və onun namizədini dəstəklədiklərini, fevralın 9-da keçiriləcək seçkilərdə fəal olacaqlarını bildirdilər.

aia.az























Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024