Mobil versiya
Çingiz Qənizadənin seçicilərlə görüşündə yenə insident baş verdi: Namizədin adamları vətəndaşların üzərinə yeridi - VİDEO
Tarix: 30-01-2020 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət | çapa göndər

Çingiz Qənizadənin seçicilərlə görüşündə yenə insident baş verdi:

80 saylı İmişli-Beyləqan seçki dairəsinin keçmiş deputatı, namizəd Çingiz Qənizadə Dünyamalılar kəndində növbəti seçici etirazı ilə qarşılanıb.

AFN xəbər verir ki, Ç.Qənizadə seçicilərlə görüşmək istəsə də, kənd sakinləri onu dinləməkdən imtina ediblər və deputat olduğu 10 ildə müxtəlif vaxtlarda ona problemləri ilə bağlı etdikləri müraciətlərin cavabsız qaldığını bildiriblər. Görüşdə vətəndaşlarla namizədin ətrafında olan insanlar arasında mübahisə yaranıb, az qala əlbəyaxa davaya səbəb olacaq insidentə çevrilib. Hadisələri özündə əks etdirən videonu təqdim etməklə yanaşı, xatırladırıq ki, Ç.Qənizadə bundan əvvəl də bir neçə dəfə eyni halla üzləşib.

aia.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024