Mobil versiya
Bakıda Çin restoranları bağlanır? - AÇIQLAMA
Tarix: 30-01-2020 | Saat: 10:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda Çin restoranları bağlanır? -


“Koronavirus - 2019-nCoV'” virusunun Çində yayılması xəbəri fonunda Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarda araşdırmalar aparılıb.

Trend-in soruğusuna cavab olaraq DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib ki, Assosiasiya bu məsələ ilə bağlı ölkədə uzun zamandır fəaliyyət göstərən Çin restoranları ilə əlaqə saxlayıb:

"Belə məlum olub ki, koronavirus xəbərləri Azərbaycanda fəaliyyət göstərən və Çin mətbəxini təmsil edən restoranlarına heç bir mənfi təsir göstərməyib. Onlar bildiriblər ki, ərzaq məhsullarının heç birini əslində Çindən gətirmirlər, digər yaxın Asiya ölkələrindən idxal edirlər”.

Sədr əlavə edib ki, ötən il Çinlə Azərbaycan arasında memorandum imzalanmışdı və bu il ölkəmizə 200 min çinli turistin gəlməsi gözlənilirdi:

“Bildiyimiz kimi, Azərbaycana Çindən elə də çox sayda turist axın etmir. Ancaq ötən il hər iki ölkə arasında memorandum imzalanmışdı. Yeni müqaviləyə əsasən yaxın vaxtlarda ölkəmizə 200 minə qədər turistin cəlb olunması planlaşdırılırdı. Çox təəssüf ki, 200 min turisti itirdik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024