Aqiyə Naxçıvanlının seçicilərlə növbəti görüşü - FOTOLAR
Tarix: 29-01-2020 | Saat: 15:07
Bölmə:Manşet / Siyasət | çapa göndər
Yanvarın 29-da 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Yemişənli, Dəymədərə və Padar kəndlərində seçicilərlə görüşdü. Görüş zamanı o, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bölgələrin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarından danışaraq son illərdə respublikanın bütün şəhər, rayon və qəsəbələrində sürətlə davam edən inkişaf barədə geniş məlumatlar verdi. Həmçinin seçiciləri maraqlandıran bir çox məsələlər barədə müakirələr aparıldı, qanunvericilik sahəsindəki yeniliklərdən, beynəlxalq aləmdə Azərbaycanın artan nüfuzundan, bu sahədə dövlət başçısının əzmkar fəaliyyətindən söhbət açıldı.
Görüşlərdə çıxış edən seçicilər ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatların vətəndaş məmnunluğunu artırdığını, əhalinin rifahının daha da yaxşılaşmasına xidmət etdiyini qeyd etdilər. Onlar Yemişənli və Padar kəndlərində məktəb binalarının yenidən inşa olunmasına görə aidiyyəti dairələrə minnətdarlıq etdilər. Müasir tələblərə uyğun inşa edilən yeni məktəb binasının şagirdlərin və məktəb kollektivinin böyük sevincinə səbəb olduğunu, təhsilin inkişafına daha çox töhfələr verə biləcəklərinə əminliklərini ifadə etdilər. Seçicilərlə müzakirələr aparılarkən onlar bu kəndlərə içməli su, rabitə xəttinin çəkilməsi və örüş yerlərinin ayrılmasına çox böyük ehtiyac olduğunu diqqətə çatdırdılar. Aqiyə xanım qeydlər götürərək bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracağını bildirdi.
Seçicilər Yeni Azərbaycan Partiyasının xalqın etimadını doğrultduğunu, ölkəmizin inkişafına layiqli töhfələr verdiyini bildirdilər. Onlar öz növbələrində Aqiyə Naxçıvanlıya bildiriblər ki, əvvəlki seçkilərdə olduğu kimi builki parlament seçkisində də daha qüdrətli Azərbaycan naminə YAP-ın namizədinə səs verəcəklər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər