Mobil versiya
DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq müzakirə edilib
Tarix: 28-01-2020 | Saat: 16:17
Bölmə:Gündəm | çapa göndər

DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq müzakirə edilib


Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Potensialın Gücləndirilməsi Direktoratlığının müavini Taeil Kangla görüşüb.

DGK-dən aia.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan S.Mehdiyev ÜGT ilə Dövlət Gömrük Komitəsi arasındakı səmərəli əməkdaşlıqdan danışıb və qarşılıqlı münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Komitə sədri son illər Prezident İlham Əliyev tərəfindən gömrük sistemində həyata keçirilən innovativ islahatlardan və əldə olunan nəticələrdən bəhs edərək, ÜGT ilə səmərəli əməkdaşlığın da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Daha sonra S.Mehdiyev gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində gələcəkdə atılacaq addımlardan bəhs edib və tətbiq ediləcək yeniliklərin ÜGT-nin tövsiyələri əsasında həyata keçiriləcəyini vurğulayıb.

Komitə sədri hazırda Bakı şəhərində keçirilən ÜGT-nin Avropa Regionu Potensialın Gücləndirilməsi üzrə Milli Əlaqələndiricilərinin iclasının da region ölkələri arasında məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacağını bildirib.

ÜGT Potensialın Gücləndirilməsi Direktoratlığının müavini T.Kang təmsil etdiyi qurumla DGK arasındakı əlaqələrdən məmnunluqla bəhs edib və son illər Azərbaycan gömrük orqanları tərəfindən tətbiq edilən yenilikləri, əldə olunan nəticələri yüksək qiymətləndirib.

ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, Regional Tədris və Kinoloji mərkəzlərinin Azərbaycanda yerləşməsinin də ölkənin gömrük orqanlarının uğurlu fəaliyyətinin və təmsil etdiyi qurumla səmərəli əməkdaşlığının nəticəsi olduğunu vurğulayıb.

DGK-nin ötən il ÜGT-nin Avropa Regionuna rəhbər seçilməsindən danışan T.Kang Azərbaycan gömrüyünün bu istiqamətdə də beynəlxalq gömrük ailəsinə mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024