Mobil versiya
Aygün Süleymanlının səviyyə krizi onun əsil simasını ifşa etdi
Tarix: 28-01-2020 | Saat: 12:22
Bölmə:Manşet / Siyasət | çapa göndər

Aygün Süleymanlının səviyyə krizi onun əsil simasını ifşa etdi


Görəsən lətifəbaz xanım namizədin əqidəsi hansı meyarlar üzərində formalaşıb?

Nəhayət ki, Aygün Muradxanlı-Süleymanlı özünün əsil simasını indiyədək onu tanımayan seçicilərə də təqdim etdi. Görünür son görüşlərində üzləşdiyi uğursuzluq bu namizədin əsəblərini elə gərginləşdirib ki, heç olmasa Milli Məclisə deputat seçilmək üçün səs istədiyi insanlara hörmət qoyub, ən azından onların qarşısında hansısa ədəb-ərkan qaydalarını gözləməli olduğunu da unudub. Şəxsi “facebook” səhifəsində yerləşdirdiyi yazıda Aygün Süleymanlı nə bir jurnalistə, nə bir deputatlığa namizədə, nə də bir xanıma yaraşdırılmayacaq tərzdə sadəcə onun namizədliyinin əleyhinə yönələn materiallar dərc olunan saytları deyil, həmçinin bir qrup Maştağa seçicilərini təhqir etmiş, Azərbaycan mədəniyyətinə həqarət etmiş və eyni zamanda da Azərbaycan xalqının böyük bir hissəsinin heysiyyatına toxunmuşdur.

Əgər kimsə düşünürsə ki, bu sətirlərin müəllifi məsələni bir qədər şişirdir, sözü gedən yazı səhifədən silinməmiş onu oxumağı təkidlə tövsiyyə edirəm. Nə yazır Aygün Süleymanlı? Gəlin onun ifadələrindən bəzilərini araşdıraq.

1-ci sitat: “Maştağa Mədəniyyət Evində görüş başlamamışdan gördük ki, direktor Tofiq Dadaşov və kənddə "Eldarın nökəri" kimi ad çıxaran dükançı Pərviz şaqqaşaq şəkil şəkirlər.” Kimdir Aygün “xanım”ın belə təhqiramız formada “nökər” damğası vurduğu bu Pərviz? Tam olaraq bilmirik. Amma bildiyimiz budur ki, həmin bu Pərviz Maştağa sakinidir. Deməli, həm də 28 saylı Sabunçu üçüncü Seçki dairəsindən bir seçicidir. Digər tərəfdən isə Pərvizin yəqin ki, ailəsi, Maştağada və ətraf kəndlərdə qohumları, əqrəbası da vardır. Yəni bu insanlar da seçicilərdir. İndi necə bilirsiniz, ailənin bir üzvünün ictimai şəkildə təhqir edilməsi digər üzvlər təsirsiz ötüşə bilərmi? Belə çıxır ki, Aygün Süleymanlı öz hirsini soyutmaq üçün neçə-neçə seçicini təhqir edb.

2-ci sitat: “Biri Eldara "nə gündəsən Niyaməddin" lətifəsini danışsın )))”
Bu lətifəbaz xanımın yumor hissinin hansı səviyyədə olduğunu hələ bir kənara qoyaq. Hansısa ədəbsizin xəstə təxəyyülünün məhsulu olan, kimlərinsə sifarişilə görkəmli sənətkarlarımızdan birini aşağılamaq məqsədilə işlənmiş bir ifadədən Aygün Süleymanlı öz opponentlərinə qarşı əks-arqument kimi yararlanmağa çalışır. Kimi təhqir etdiyinizi sanırsınız Aygün Muradxanlı-Süleymanlı? Opponentinizimi, Azərbaycanda milli estrada janrının yaradıcısı olmuş görkəmli sənətkarımı, həmin sənətkarın təltif olunduğu “Şöhrət ordeni”nimi, yoxsa onun yüz minlərlə sayı olan pərəstişkarlarınımı?
Hə, yeri gəlmişkən, eynilə bu “arqument”ə 2010-cu ilin noyabr ayında keçirilmiş Parlament seçkilərində radikal müxalifət təmsilçiləri də müraciət etmişdilər. Köməyi olmadı...

3-cü sitat: “Xəbər”i yayan saytlardan birini də adı lap uzunqulaq səsinə bənzəyir - aia.”
Bəli, aia.az saytı bizə məxsus internet informasiya vasitəsidir. Abreviaturanın açıqlaması isə Azərbaycan İnformasiya Agentliyidir. Aygün Süleymanlı, əgər yenə də qulağınıza o səs gəlirsə, narahat olmayın. Dünyamız ən müxtəlif səslərlə doludur və hər kəs ilk növbədə öz ruhunu oxşayacaq səsləri daha tez seçib eşidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024