DEPUTATLIĞA NAMİZƏD AYGÜN SÜLEYMANLININ “DRONQO TAKTİKASI”
Tarix: 25-01-2020 | Saat: 14:03
Bölmə:Manşet / Siyasət | çapa göndər
“Dronqo” adlı quş var. Çöl heyvanları özləri üçün qida axtardığı zaman, dronqo guya, onlara kömək edir. Belə ki, bu quş digər yırtıcı heyvanların gəlişindən xəbər verib, güvən qazanmaqdan ötrü növbətçi roluna girir. Uzaqdan gələn qartalı görüb, xəbərdarlıq edir və həmin heyvanlar qaçıb gizlənir. Təhlükə sovuşduqdan sonra onlar geri qayıdıb yenidən qida axtarmağa başlayır. Bu dəfə isə dronqo yalandan xəbərdarlıq səsini ucaldır. Heyvanlar təhlükəsizlik məqsədilə qaçıb gizlənən zaman, həmin quş onların tapdığı qidaları oğurlayır...
Budəfəki parlament seçkilərinə namizədlər sırasında jurnalistlərin çox olması diqqəti çəkir. Məsləkləri onların təbliğat-təşviqat məsələlərində həmkarlarının köməyindən yararlanmaq fürsəti verir ki, bu da açıq-aşkar müşahidə olunur. Ancaq Azərbaycan seçicisi ayıqdır: Səs verəcəyi namizədin kimliyini, xalq, dövlət, cəmiyyət üçün gördüyü işləri, daşıdığı potensialı, vəd etdiyi perspektivləri, çəkə biləcəyi yükü, verdiyi sözə nə dərəcədə sadiqliyini dürüst müəyyənləşləşdirməyi bacarır. Həmin şəxsin təkcə seçki ərəfəsində necə təqdim olunması seçiciyə kifayət etmir, seçici onun keçdiyi yola baxış atmağı da vacib sayır.
28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızı ictimaiyyət arasında “tanınmış müstəqil jurnalist Aygün Muradxanlı” kimi tanınır. Adı çəkilən seçki dairəsinin əhatə etdiyi Bakı kəndlərinin əhalisi yaxşı bilir ki, Aygün Muradxanlı-Süleymanlı atasının soyadını daşımayıb, vaxtilə ümummilli lider Heydər Əliyevi, ulu öndərin siyasi kursunun davamçısı İlham Əliyevi sərt tənqid edən qatı müxalifətə xidmət etmiş “Yeni Müsavat”, “Azadlıq” qəzetlərində işləsə də, “müstəqil” olandan sonra “ingilis bayrağı kimi külək əsən tərəfə dalğalanıb”. KİV-in maliyyələşməsi mənbələrindən söz düşəndə həmişə qapalı hesab etdiyi reklam bazarındakı ədalətsizlikdən şikayətlənib, amma iqtidarın jurnalistlərə verdiyi mənzil hədiyyəsini o da məmnuniyyətlə qəbul edib. Daha fikirləşməyib ki, rahat yaşamağı haqq etmiş neçə-neçə şəhid ailəsi, Qarabağ müharibəsi əlili hələ də ev növbəsindədir. Halbuki, o, vicdanlı həqiqət carçısı olsaydı, sınıq qol kimi cəmiyyətin boynundan asılmazdı və büdcəsi vətəndaş-seçicinin ödədiyi vergi hesabına formalaşan dövlətdən mənzil dilənmək əvəzinə, jurnalistlərin özlərinin pul qazanıb ev ala bilməsinə imkan verəcək reklam bazarının şəffaflığının təmin olunmasını axıradək tələb edə bilərdi.
Aygün Süleymanlı “boş çanağı dolu çanağa vurmaq” siyasəti ilə hərəkət edərək, özünün seçkiqabağı təbliğat-təşviqat kampaniyasını bütünlüklə dairə üzrə ən nüfuzlu namizədin əleyhinə “qara piar” aparmaq, qarşı tərəfi seçki qanunlarını kobud şəkildə pozmaqda ittiham etmək üzərində qurub. “Mən onu ümumiyyətlə rəqib saymıram” sözləri ilə başladığı bu kampaniyanın ilk günlərində saytlardan birinə verdiyi müsahibənin altından rəy yazan oxucular isə onu heç də alqışlamadılar. Məsələn, internet istifadəçilərindən biri yazmışdı: “Mənim fikrimcə, seçki rəqibinə qarşı tənqidi çıxışlar yalnız məğlubiyyətə səbəb ola bilər. Ən yaxşı və sivil yol - öz platformanızı təqdim etməklə, gələcəyə baxışlarınızı bölüşün, görüləcək işlərdən danışın. Bu, daha səviyyəli olar”.
Aygün Süleymanlının “platforması” isə budur: “Belə baxıram, fevralın 9-na qədər bir kitablıq felyeton yazacam... MSK bizdən bir qovluq şikayət almağa hazır olsun... Mediadakı dostların dəstəyinə güvənirəm!”
Təbliğatı əsasən sosial şəbəkələr üzərindən və qapı-qapı gəzməklə qurmağa üstünlük verən Aygün Süleymanlı yaxşı bilir ki, seçiciləri toplu halında görüşə cəlb etmək ona çətin olacaq. Maraqlıdır ki, görəsən o, qalan günlər ərzində 58 min seçicinin hamısının qapısını döyməyə necə vaxt tapacaq. Amma bu da bəllidir ki, Aygün Süleymanlı seçicilərindən qabaq Jurnalistlərin Evində yaşayan qonşu həmkarlarının qapılarını döyüb.
İndiyədək yazdıqlarımız üçün istifadə etdiyimiz mənbələr bütün oxucular üçün əlçatan yerlərdədir. İndi də öz müşahidələrimiz və seçicilərin verdikləri məlumatlar əsasında öyrəndiklərimizə keçək. Məlum olmuşdur ki, Aygün Süleymanlı seçicilərlə görüşmək, onları öz tərəfinə çəkmək üçün dronqo quşunun metodundan istifadə edir. Verilən məlumata görə, Aygün xanım yerlərdə söz yaydırır ki, filan gün, filan yerdə filan namizədin seçicilərlə görüşü keçiriləcək. Özü iyirmi adamı bir yerə yığa bilmədiyinə görə, ümid edir ki, şayiəyə aldanıb gələn olacaq və o da həmin izdihamı guya özünün tərəfdarları olan seçicilər kimi lentə alıb “Yutub” kanalında görüntüləyəcək. Amma əlbəttə ki, planı boşa çıxır. Seçicilər yaxşı tanıdıqları, özlərinki saydıqları namizədlə, onun vəkilləri, nümayəndələri ilə əlaqə saxlayıb sözün “yerinə çatıb” növbəti görüşün dəqiq vaxtını və yerini öyrənirlər. Hətta o da bildirilir ki, Aygün Süleymanlı seçkiqabağı tədbirlərdə Bakı kəndlilərinə özünü şirin satmaq üçün onların ləhcəsi ilə danışmağa cəhd edir. Hətta yeni qohumluq əlaqəsi quranda belə bəlli çevrədən kənara çıxmamağa çalışan Bakı kəndlərinin sakinləri özlərinə təmsilçi seçimində də kifayət qədər konservantdırlar, yerli xüsusiyyətləri dərindən bilən, nəslinə-soyuna yaxşı bələd olduqları həmkəndlilərinə üstünlük verirlər. Yaxşı bilirlər ki, Aygün Süleymanlı Maştağada orta təhsil alıb böyüsə də, əsli-kökü onların kəndindən deyil, gəlmədir. Odur ki, Aygün xanımın kənd ləhcəsində danışmaq cəhdi uğursuz və eybəcər alınır, hətta rəqibi olan yerli namizədləri ironik imitasiya etmək kimi başa düşülür.
Televiziya ilə efir vaxtının baha olduğunu əsas göstərərək, internet üzərindən təbliğat aparan Aygün Süleymanlı sosial şəbəkədə də dəcəllik edir. İddia edir ki, guya namizədlərdən birinin adamları onun video-roliklərini paylaşan seçicilərdən həmin paylaşımlarını silməyi tələb edir, hədə-qorxu gəlirlər.
Jurnalist-namizəd bir dəfə KİV-ə verdiyi müsahibədə onun nə vaxtsa deputat seçkilərinə qatılıb-qatılmayacağını soruşan həmkarına belə cavab vermişdi: “Jurnalistika ilə ciddi məşğul olmaq zamanla onu həyat tərzinə çevirir. Meydan daralanda yazmaq həvəsi azala bilər, amma bu qələmdən birdəfəlik imtina düşüncəsi yaratmır. Çünki, jurnalistikaya tramplin kimi baxmayıb bu peşəyə gerçəkdən xidmət edənlər toplumu yazmaqla, deməklə sağlamlaşdıracaqlarına inananlardır. Özümü bu sırada gördüyümçün fərqli bir iş haqqında düşünmürəm. Amma zaman başqa reallıqlar da ortaya çıxara bilər”.
Göründüyü kimi, zaman başqa reallıqlar ortaya çıxardı və o, fərqli bir iş görmək, jurnalistikadan tramplin kimi istifadə etmək qərarına gəldi. İşinin “fərqliliyi” də gördüyünüz kimidir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər