AYİB prezidenti: “Azərbaycanda aparılan islahatları dəstəkləyirik”
Tarix: 15-02-2016 | Saat: 11:46
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər
Məlumat verildiyi kimi, Londona səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev AYİB prezidenti Suma Çakrabarti ilə görüşüb, əlaqələrin genişləndirilməsi perspektlərini müzakirə edib
Virtualaz.org İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, görüşdə AYİB prezidenti Bankın Azərbaycandakı islahatları dəstəklədiyini vurğulayıb:
“Biz Azərbaycanda aparılan islahatları dəstəkləyirik, atılan addımlar çox əhəmiyyətli və müsbətdir”. Bu ilin iyun ayında ölkəmizə səfərə gələcəyini bildirən AYİB prezidenti Bankın Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev 2016-cı ilin may ayında Londonda keçiriləcək AYİB-in növbəti illik toplantısı çərçivəsində investorlara Azərbaycanın ölkə təqdimatının keçiriləcəyini bildirib.
AYİB prezidenti Suma Çakrabarti bu sahədə Azərbaycana hər cür dəstək göstəriləcəyini vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024