Mobil versiya
Seçiciləri Aqiyə Naxçıvanlını səmimi qarşıladılar - FOTOLAR
Tarix: 23-01-2020 | Saat: 14:09
Bölmə:Manşet / Siyasət | çapa göndər

Seçiciləri Aqiyə Naxçıvanlını səmimi qarşıladılar -


Yanvar ayının 23 - də 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizəd Aqiyə Naxçıvanlı təbliğat - təşviqat kampaniyası çərçivəsində rayonun daha dörd kəndınin seçiciləri ilə görüşdü. Rayonun Yaqublu, Top, Yenikənd və Zərrab kəndlərinin seçiciləri Aqiyə Naxçıvanlını səmimi qarşıladılar.

Görüşdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən, beynəlxalq aləmdəki nüfuzundan danışdı.

Deputatlığa namizədin vəkili Emin Əzimli öz çıxışında Aqiyə Naxçıvanlının rayonda seçicilərinin problemləri ilə daima maraqlandığını və həllinə çalışdığını qeyd etdi.

Aqiyə Naxçıvanlı seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barədə ətraflı məlumat verdi. Ötən dövrdə ona etimad göstərən seçiciləri layiqli şəkildə təmsil etməyə çalışdığını vurğulayan Aqiyə Naxçıvanlı əgər seçicilər növbəti dəfə də ona etimad göstərərsə bundan sonra da öz fəaliyyətini bu prinsiplər əsasında quracağını bildirdi. O, seçiciləri daha güclü Azərbaycan naminə seçkilərdə fəal olmağa çağırdı.

Yüksək əhval-ruhiyyədə və səmimiyyət şəraitində keçən görüşlərdə seçicilər öz dəstəklərini ifadə edərək görülən işlərdən razılıqlarını bildirdilər.
Görüşlərdə seçicilər adından çıxış edən Rəhman İsmayılov, Arif Əliyev, İmran Verdiyev, İlham Manafov və Qadir Abdullayev qeyd etdilər ki, hər zaman dövlətə və dövlətçiliyə sadiqdirlər. Onlar fevralın 9-da böyük coşquyla seçki məntəqələrinə gedərək öz seçimlərini rəsmi olaraq təsdiqləyəcəklər.
Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat verdilər, təkliflər irəli sürdülər.

aia.az












Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024