Mobil versiya
Ən layiqli namizədlərə səs verək
Tarix: 23-01-2020 | Saat: 11:01
Bölmə:Manşet / Siyasət | çapa göndər

Ən layiqli namizədlərə səs verək




“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 99 SAYLI ŞƏMKİR KƏND SEÇKİ DAİRƏSİ üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat

2020-cu ilin 9 fevral tarixində ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq cari ilin yanvar ayının 17-dən VI çağırış Milli Məclisə seçkilərdə qeydiyyata alınmış namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Etiraf edək ki, bu seçkidə həm namizədlərin, həm də seçicilərin aktivliyi digər seçkilərlə, uzağa getməyək bir az zaman öncə keçirilmiş bələdiyyə seçkilərindən qat-qat yüksəkdir. Göstəricilər də bunu deməyə əsas verir. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib. MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfər imza vərəqələrini artıq götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1560 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Milli Məclisə keçiriləcək seçkinin önəmliyini və miqyasını nəzərə alaraq “Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları mütəmadi olaraq ölkəmizin müxtəlif şəhər və rayonlarında sorğular keçirir və seçicilərin namizədlərə qarşı ümumi rəyini öyrənməyə çalışır. Növbəti sorğumuzun ünvanı 84 SAYLI FÜZULİ SEÇKİ DAİRƏSİ olmuşdur. Qeyd edək ki, bu seçki dairəsində deputatlıq mandatı uğrunda 12 namizəd mübarizə aparır.

Keçirdiyimiz digər sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, qeyd etdiyimiz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu olduğumuz şəhərin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 5 saat davam edən prosesə 95 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 3 nəfəri hələlik seçimlərində tərəddüd etdiklərini bildirmişlər. Qalan 92 respondentdən 71 nəfəri isə sualımızı konkret cavablandırmışlar: “Seçimimiz Xaləddin Hüseynovdur”. Beləliklə, sorğuda iştirak edənlərin təxminən 74,7 faizi Milli Məclisə deputatlığa namizəd Xaləddin Rəşid oğlu Hüseynov etimad göstərəcəklərini bildirmişlər.

Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri fikirlərdən bəzilərini sizlərə təqdim edirik.

Respondent-əkinçi: “Xaləddin müəllim camaatımızın qayğısına qalan adamdı. Tikib yaradan adamdı. Xeyirdən şərdən də qalan deyil. Doğmamızdı. Ona səs verməyib kimə verəcəm?!

Respondent-sürücü: “Xaləddin müəllim tikinti işlərinə baxır. Bacım oğlu onun yanında çalışıb. Deyir ki, hər birimizlə maraqlanırdı. Dərdimizi, problemimizi soruşurdu. Bir ehtiyacımız olan kimi ona üz tuturduq”.

Respondent-müəllim: “Savadlı insandı. Camaatımıza diqqət ayırır. Dövləti və dövlətçiliyi sevən insandır. Xaləddin müəllim hər kəsin evindən səs ala biləcək bir Füzulilidir”.

Respondent-pensiyaçı: Füzuli camaatı Xaləddin müəllimi yaxşı tanıyır. O bir tikə çörəyini heç vaxt tək yeməyib. Həmişə bizlərə hayan olub, kasıb kusubun, xəstənin hayına yetib. Qapısına gedəni əliboş qaytarmayıb.

Qeyd edək ki, Xaləddin Rəşid oğlu Hüseynov 1958-ci ildə Füzuli rayonunun Molla Məhərrəmli kəndində dünyaya gəlib. 1976-cı ildə Molla Məhərrəmli kənd orta məktəbini bitirərək Azərbaycan Politexnik Texnikumunun qiyabi şöbəsinə daxil olub.

1976-1978-ci illərdə hərbi xidmət keçən X.Hüseynov əmək fəaliyyətinə Füzuli rayonunda başlayıb. 2006-2011-ci illərdə Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində təhsil alıb. 2017-ci ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəinə daxil olub, hazırda təhsilini davam etdirir. 2017-ci ilə qədər sahibkarlıqla məşğul olub. Ailəlidir, iki övladı var.

Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz növbəti sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.

P.S. Fevralın 9-na təyin edilmiş növbədənkənar Parlament seçkilərində iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyaları ilə paralel, həmin namizədlərdən bəzilərinə qarşı antitəbliğat kampaniyaları da start götürüb. Təbii ki, əksər hallarda opponentləri tərəfindən düzənlənən belə informasiya hücumlarına daha çox favorit sayılan, reytinqi daha yüksək olan namizədlər məruz qoyulurlar. Yəni əslində antitəbliğat kampaniyasının özü də bir təbliğatdır. Bununla belə, yaxşı olardı ki, seçicilərin səsləri uğrunda bu mübarizə də dürüstlük və obyektivlik gözlənilməklə aparılsın. Və seçicilərin də fikirləri nəzərə alınsın. Onları seçimlərindən yayındırmağa cəhd edilməsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024