Mobil versiya
Azərbaycan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda ən iri məbləğdə ianə ayırıb
Tarix: 22-01-2020 | Saat: 16:40
Bölmə:Ölkə | çapa göndər

Azərbaycan QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fonda ən iri məbləğdə ianə ayırıb



Azərbaycan dövləti QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun 2020-2023-cü illərdə fəaliyyətinin maliyyələşdirilməsinə 20 milyon dollar məbləğində vəsait ayırıb. Bu Fondun bütün fəaliyyəti dövründə aldığı ən iri məbləğdə ianədir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən aia.az-a verilən məlumata görə, bu barədə QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya üzrə meneceri xanım Olga Avdeyeva komitə sədri Rövşən Rzayevlə görüşdə deyib.

Ermənistanın davam edən işğalçılıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox azərbaycanlının öz doğma yurdundan didərgin düşməsi, qaçqınlıq və məcburi köçkünlük problemi ilə əlaqədar ölkəmizin üzləşdiyi çətinliklər, bunların aradan qaldırlması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər, həmçinin beynəlxalq təşkilatların dəstəyi barədə qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritetlərindən biri kimi müəyyənləşdirib, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına xüsusi diqqət yetirilir. Birinci vise-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məsələlərin həllinə qayğı və həssaslıqla yanaşır.

Diqqətə çatdırılıb ki, qaçqınların və məcburi köçkünlərin sağlamlığının qorunması, onların keyfiyyətli tibbi xidmətə olan tələbatının ödənilməsi üçün zəruri iş aparılır. Vaxtilə yoluxucu xəstəliklərin geniş yayıldığı çadırlardan, dəmiryol vaqonlarından ibarət müvəqqəti düşərgələr çoxdan ləğv edilib. Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə həkim məntəqələri, apteklər fəaliyyət göstərir. Dövlət Komitəsi Səhiyyə Nazirliyi ilə birlikdə məcburi köçkünlər üçün tibbi aksiyalar təşkil edir.

Bununla belə, daha təsirli və əhatəli tədbirlərin həyata keçirilməsində beynəlxalq təşkilatların dəstəyinin də böyük əhəmiyyəti ola bilər. Bu baxımdan, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun ölkəmizdə gerçəkləşdirdiyi layihələrdə qaçqınların və məcburi köçkünlərin mövcud vəziyyətinin nəzərə alınması məqsədəuyğun olardı. Fondun bu sahədəki fəaliyyətinə Dövlət Komitəsinin də dəstək verməyə hazır olduğu vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən xanım Olga Avdeyeva Qlobal Fondun məqsəd və vəzifələri, qarşıdakı dövr ərzində müəyyənləşdirdiyi istiqamətlər, görəcəyi işlər haqqında məlumat verib. Bildirib ki, Qlobal Fond, vərəm və malyariya, həmçinin peyvəndlə qarşısı alına bilən xəstəliklərlə mübarizə məqsədi üçün 2002-ci ildə yaradılıb, Azərbaycan da daxil olmaqla, dünyanın 140 ölkəsində fəaliyyət göstərir, üç yoluxucu xəstəliklə mübarizə aparır və sağlamlıq üçün möhkəm, davamlı sistem qurur. Fond QİÇS, vərəm və malyariya ilə mübarizəyə ildə 4 milyard dollar vəsait ayırır, yarandığı vaxtdan 27 milyon insanın həyatını xilas edib.

Fond Azərbaycanla əlaqələr xüsusi əhəmiyyət verdiyini qeyd edən O.Avdeyeva bu beynəlxalq təşkilatın donorları arasında ölkəmizin mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan dövləti Fondun 2020-2023-cü illərdə fəaliyyətinin maliyyələşdirilməsinə 20 milyon dollar məbləğində vəsait ayırıb. Bu Fondun bütün fəaliyyəti dövründə aldığı ən iri məbləğdə ianədir. Bəşəriyyətin sağlamlığının qorunmasına verdiyi belə mühüm töhfəyə görə Azərbaycan dövlətinə və onun rəhbərinə dərin minnətdarlıq ifadə edilib. Həmçinin məlumat verilib ki, Qlobal Fondun İdarə Heyətinin 2020-2022-ci illərdə maliyyələşdirmə ilə bağlı qərarına əsasən, Azərbaycana QİÇS, vərəm və malyariya üçün dayanıqlı və davamlı sistemlər (RSSH) yaradılmasına 17 milyon ABŞ dollarından artıq vəsait ayrılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-11-2024