Ən layiqli namizədlərə səs verək
Tarix: 21-01-2020 | Saat: 18:15
Bölmə:Manşet / Siyasət | çapa göndər
“Azərbaycan İnformasiya Agentliyi” (aia.az) saytının Sosioloji Sorğu Mərkəzinin əməkdaşları tərəfindən 117 saylı Oğuz-Qəbələ Seçki dairəsi üzrə keçirilmiş sorğunun nəticələrinə dair hesabat
Məlum olduğu kimi, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə iştirak edəcək namizədlərin seçkiqabağı təşviqat və təbliğat kampaniyasına yanvar ayının 17-də start verilmişdir. Bununla bağlı aia.az saytının Sosioloji Sorğu Mərkəzi də fəaliyyətini aktivləşdirmişdir. Bu dəfə Mərkəzin əməkdaşları 117 saylı Oğuz-Qəbələ Seçki dairəsində səs verəcək vətəndaşlar arasında ictimai rəy sorğusu keçirmək məqsədilə Oğuz şəhərində olmuşlar. Keçən sorğularda olduğu kimi, bu aksiyada da məqsəd, olduğumuz seçki dairəsində hansı namizədin daha çox seçici rəğbətinə malik olduğuna aydınlıq gətirmək idi. Qeyd edək ki, maksimum dolğun və obyektiv informasiya əldə etmək üçün sorğu olduğumuz şəhərin müxtəlif ərazilərində, əhalinin müxtəlif sosial təbəqələrini təmsil edən insanlar arasında aparılmışdır. Təxminən 4 saat davam edən prosesə 131 nəfər vətəndaş cəlb olunmuşdur. Sorğuda iştirak edənlərdən 16 nəfəri hələlik seçimdə tərəddüd etdiklərini bildirmişlər. Qalan 115 respondentdən 96 nəfəri isə sualımızı “mən Aqiyə xanım Naxçıvanlıya səs verəcəyəm” – deyə cavablandırmışlar. Beləliklə, sorğuda iştirak edənlərin 73,28 faizi Milli Məclisə deputatlığa namizəd Aqiyə Naxçıvanlıya etimad göstərəcəklərini bildirmişlər.
Aqiyə Naxçıvanlı 11 mart 1950-ci ildə Oğuz şəhərində anadan olub. 1957-1960-cı illərdə Oğuz şəhər 1 N-li orta məktəbin şagirdi olub. 1967-1972-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun tələbəsi olub. 1972-ci ildə təyinatla Oğuz rayon 2 N-li orta məktəbinə rus dili müəllimi göndərilib. Həmin illərdə məktəb – müəllim komsomol təşkilatının sədri seçilib. 1973-cü ildə Oğuz rayonunun Komsomol Komitəsinin məktəbli gənclərlə iş üzrə katibi seçilib. 1974-1977-ci illərdə Oğuz rayonu Komsomol Komitəsinin birinci katibi təyin edilib. 1975-1977-ci illərdə Rayon Partiya Komitəsinin büro üzvü, Rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. 1978-1980-ci illərdə Bakı Ali Partiya məktəbinin müdavimi olub. 1980-1983-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin ümumi şöbəsində təlimatçı vəzifəsində işləyib. 1995-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun “Azərbaycan və rus dili” kafedrasının müdiri vəzifəsində çalışıb. 1996-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir.
1996-1999-cu illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun elmi katibi, Aspirantura şöbəsinin müdiri vəzifəsində çalışıb, eyni zamanda “Fəlsəfə” kafedrasının dosenti olub.
1999-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin dekanı vəzifəsində çalışıb. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Fəlsəfə və Sosial psixologiya” kafedrasının dosenti elmi adı almışdır.
2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı Siyasi elmlər doktoru alimlik dərəcəsi verilmişdir.
ilə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsinə təyin olunmuşdur. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adı verilmişdir.
2007-ci ildə Beynəlxalq Kadr Akademiyasının rəyasət heyətinin qərarı ilə “Fəxri akademik” adına layiq görülmüşdür.
2008-ci ildə Nərimanov rayon YAP siyasi şurasının üzvü seçilib.
2010, 2015-ci illərdə Azərbaycan Respublikasının Parlament seçkisində Milli Məclisin deputatı və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçilib.
Ailəlidir, 2 övladı var.
2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 3062 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilmişdir.
2009-cu ildə Azərbaycan YAP Qadınlar Şurasının İdarə heyətinin üzvü seçilib. Azərbaycan Respublikası Prezidentinin 7 oktyabr 2009-cu il tarixli, 612 nömrəli Sərəncamı ilə “Şöhrət Ordeni” ilə təltif olunub.
Keçən dəfə olduğu kimi, bu materialmızda da sorğuda iştirak edən vətəndaşların etimad göstərəcəkləri namizəd barədə söylədikləri fikirlərdən bəzilərini sizlərə təqdim edirik.
Oğuz şəhər sakini: “Aqiyə xanım artıq neçə müddətdir ki, bizi Milli Məclisdə təmsil edir. Həm də bunu ləyaqətlə, yüksək səviyyədə edir. Onun deputat olduğu müddət ərzində ən azından dərdimizi, sözümüzü kimə deməli olduğumuzu bilmişik. Həm də bilmişik ki, dediklərimiz havadan asılı qalmayacaq. Aqiyə xanım əsil ziyalı xanım kimi hər zaman yanımızda olub, müxtəlif problemlərimizin həlli üçün əlindən gələni, bəzən isə hətta ondan da artığını edib. Sağ olsun, elə bilirəm Oğuzda heç kimin ondan narazı qalmağa bir əsası yoxdur. Şəxsən mən öz səsimi yalnız Aqiyə xanıma verəcəyəm. İnanıram ki, məhz Aqiyə xanım bundan sonra da bizi parlamentdə təmsil edəcək...”
Oğuz şəhər sakini, müəllimə: “Əlbəttə ki, mən Aqiyə xanım Naxçıvanlıya səs verəcəyəm. Çünki deputat olduğu bütün müddət ərzində Aqiyə xanım bir pedaqoq kimi, bir alim xanım kimi hər zaman bizim bölgədə təhsilin inkişafı üçün çalışıb. Bu sahədə yürüdülən dövlət siyasətinin uğurla həyata keçirilməsi istiqamətində görülən işlərdə Aqiyə xanımın da hər zaman xüsusi rolu, danılmaz xidmətləri olub. Həm də Aqiyə xanım təhsil sahəsində mövcud olan problemlərə, yaşanan müxtəlif vəziyyətlərə daxildən bələd olan bir insandır. Buna onun malık olduğu uzun illərin təsrübəsi imkan verir. Odur ki, biz Aqiyə xanımın potensialından hələ çox yararlana bilərik...”
Oğuz şəhər sakini, sahibkar: “Şəxsən mən hər zaman fəxr eləmişəm ki, biz oğuzluları parlamentimizdə məhz Aqiyə xanım Naxçıvanlı kimi ziyalı, alim və eyni zamanda da son dərəcə vətənpərvər, dövlətə və xalqa sonsuz sədaqətilə seçilən bir xanım təmsil edir. Hamımız bilirik ki, Aqiyə xanım uzun illərdir ki, müxtəlif rəhbər vəzifələrdə çalışıb. Bu da bir həqiqətdir ki, tutduğu bütün vəzifələrdə, çalışdığı bütün sahələrdə Aqiyə xanım daima dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutub. Mən bir iş adamı kimi bunu da qeyd etməyə bilmərəm ki, Aqiyə xanım hər zaman biz sahibkarların da müraciətlərinə həssaslıqla yanaşıb. Dövlət başçımızın ölkədə kiçik və orta sahibkarlığın inkişafına yönəldilmiş siyasətini bölgəmizdə hər zaman yüksək səviyyədə dəstəkləyən, bu siyasətin ən effektiv şəkildə həyata keçirilməsi üçün çalışan dövlət xadimlərindən biri də məhz Aqiyə xanımdır. İnanıram ki, fevralın 9-da keçiriləcək seçkilərdə də Aqiyə xanım Naxçıvanlı bütün rəqiblərini böyük üstünlüklə qabaqlayacaq və növbəti illərdə də həm bizim rayonun, həm də bütün ölkəmizin rifahı naminə əzmlə çalışmaqda davam edəcək...”
Beləliklə, bu, bizim 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə bağlı keçirdiyimiz beşinci sorğunun nəticələri barədə hazırladığımız material idi. Növbəti saylarımızda digər seçki dairələrində aparacağımız sorğular barədə ətraflı məlumatları da sizlərə təqdim edəcəyik.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-11-2024
19-11-2024