Mobil versiya
Sarı mətbuatın alət olduğu daxili mübarizə məmurlara deyil, dövlətə qarşı yönəldilir
Tarix: 15-01-2020 | Saat: 12:39
Bölmə:Manşet / Gündəm | çapa göndər

Sarı mətbuatın alət olduğu daxili mübarizə məmurlara deyil, dövlətə qarşı yönəldilir




Tovuzda “Aqropark”ın tikintisini Ramiz Zeynalovun adına çıxaranlar hansı məqsədi güdürlər?

Görəsən bu nə mərəzdir, yeriyib canımıza? Kütləvi tənqidmi deyim, şantajmı deyim, yoxsa sadəcə qeybətmi deyim..? Bu gün bizim mətbuatdan “seçmə” materialları ardıcıl oxuyan insanda elə bir təəssürat yaranır ki, sanki bu məmləkətdə düz işləyən, qanunlara riayət edən nə bir nəfər məmur yoxdur, nə iş adamı, nə həkim, nə müəllim, nə də polis və ya hərbiçi... Ümumiyyətlə belə materialların müəlliflərinə inansaq gərək boynumuza alaq ki, bu ölkənin akademikindən tutmuş generalına qədər, nazirindən tutmuş millət vəkilinə qədər hər kəs yalnız öz mənfəətini düşünən, xalqa, dövlətə xeyir verməyən insanlardır. Yaxşı, bəs onda biz kimik? Axı adama deməzlər ki, ay dost, bəs sənin bu ağzın köpüklənə-köpüklənə tənqid etdiyin mənsəb, vəzifə sahibləri də məgər sənin elə öz millətinin nümayəndələri deyil? Bunun biri pis çıxdı, ikisi yolunu azdı... Bəs bunun bir yaxşısı yoxdur? Heç kim məndən inciməsin, amma mənə elə gəlir ki, elə bu müəlliflərin də əsil məqsədi konkret kimlərisə deyil, ümumilikdə xalqı, milləti və dövləti pisə vurmaq, insanlarda ruh düşgünlüyü yaratmaqdır.

Fikrimi bir qədər daha konkret məcrada davam etdirmək üçün internetdə ilk rastıma çıxan “tənqidi yazı”lardan birinə müraciət etmək qərarına gəldim. Ötən ilin sonlarından barəsində “şok açıqlama”ların daha da intensivləşdiyi şəxslərdən biri də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovdur. Generalın “biznes imperiyası”, “nömrə satışının təşkili”, “işdən çıxmaq üçün ərizə verməsi”, Tovuzda “aqropark tikməsi” və sairə bu kimi “sensasion” xəbərlər həmin açıqlamaların əsas mövzularıdır. Yox, mən burada qarşı tərəfin maraqlarından çıxış edib deyilənləri təkzib etməyə, generalın müdafiəsində durmağa hazırlaşmıram. Heç düşünmürəm də ki, Ramiz müəllimin buna ehtiyacı var. Məsələ tamam başqa məqamlara bağlıdır. Belə ki, dərc olunmuş materiallardan birində iddia olunur ki, guya Ramiz Zeynalov bir müddət əvvəl işdən çıxması ilə bağlı DİN-ə ərizə ilə müraciət edib. Amma generalın istefası qəbul edilməyib. Buna səbəb kimi də Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı göstərilib. Yəni müəllif belə bir iddia ortaya qoyur ki, həmin tikinti sona çatmamış general vəzifəsindən gedə bilməyəcək. İndi gəlin bir qədər düşünək. Əcəba, görəsən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi kimi yüksək bir vəzifəni tutan, general-mayor rütbəsində olan bir şəxsə dövlət əhəmiyyətli bir obyektin tikintisini kim tapşıra bilər? Bəlkə müəllif Daxili İşlər nazirini nəzərdə tutur? Hər halda ondan daha aşağı ranqda kimsə R.Zeynalova belə bir göstəriş verə bilməz.

İkinci bir tərəfdən, görəsən müəllif “Aqropark”ın tikintisini niyə generalın adına çıxarmağa çalışır? Hər kəsə məlumdur ki, bu gün Azərbaycanda kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə ölkə rəhbərliyi tərəfindən, şəxsən dövlət başçımız tərəfindən xüsusi diqqət yetirilir və bu məqsədlər üçün kifayət qədər vəsait ayrılır. Yeri gəlmişkən, “Tovuzaqro” MMC respublikamızda yaradılan sayca 17-ci aqroparkdır. Amma müəllif öz cəfəng iddiaları ilə dövlətin bu sahədə həyata keçirdiyi layihələri, bu istiqamətdə yürüdülən dövlət siyasətini şübhə altına almağa cəhd edir. Əlbəttə ki, müəllif (və ya onun sifarişçiləri) belə bir iddianın qəfil ortaya qoyulacağı təqdirdə ictimaiyyət tərəfindən qəbul olunmayacağını da göz altına alıb. Məhz buna görə də, belə bir “sensasiya”dan öncə mətbuatda BDYPİ rəisinin başqa “gizlinləri” barədə cəfəngiyyatlar təqdim olunur. Necə deyərlər, əsas hücumdan öncə kəşfiyyat hazırlığı aparılır. Başqa sözlə desək, ölkəmizdə gedən inkişafla barışa bilməyən qüvvələr hər zaman olduğu kimi, bu gün də öz repertuarlarında çıxış edirlər. Hədəf kimi hansısa bir dövlət məmuru seçilir və onun timsalında ölkə rəhbərliyi tərəfindən həyata keçirilən həyati əhəmiyyətli layihələrə kölgə salınmasına cəhd olunur.

Amma bütün hunlarda şəxsən Ramiz Zeynalov üçün bir müsbət cəhət də var. Məsələ bundadır ki, belə qara piar kampaniyalarının təşkilatçıları adətən öz məqsədləri üçün xalqa, dövlətə və ölkə rəhbərliyinə sədaqəti ilə daha çox seçilən insanları hədəf seçirlər. Gördüyümüz kimi, iftiraçılar bu dəfə də öz prinsiplərinə xilaf çıxmayıblar...

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024